Çin evləri nüvə reaktoru ilə qızdıracaq

Çin evləri nüvə reaktoru ilə qızdıracaq

-- İstilik sisteminin tikintisinə 2-3 il vaxt gedəcək

"China General Nuclear Power Group" dövlət şirkəti və Tsinxua universiteti Çinin şimalında ölkədə ilk aşağı temperaturlu nüvə reaktorunun tətbiqi ilə istilik sistemi yaradacaqlar.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, istilik sistemi evlərin və sənaye parklarının qızdırılması üçün istifadə oluna biləcək. İstilik sisteminin tikintisinə 2-3 il vaxt gedəcək.
 
İstilik üçün nüvə enerjisindən istifadəsi havanın çirklənməsi ilə mübarizədə kömək edə bilər. Bu problemdən daha çox Çinin şimal bölgələri əziyyət çəkir.

Google+ WhatsApp ok.ru