Ürək və damarlar üçün ən təhlükəli məhsul 10 Sentyabr 2018 01:00 Sağlamlıq Otaqo Universiteti (Yeni Zelandiya) alimləri araşdırma nəticəsində belə qərara gəliblər ki, şəkər insan sağlamlığı üçün ən ziyanlı məhsuldur. Maide.Az saglamolun.az -a istinadla xəbər verir ki, Yeni Zelandiya alimləri 1965-2013-cü illər arasında aparılmış çoxsaylı elmi araşdırmaların nəticələrini analiz etdikdən sonra belə qərara gəliblər. Şəkər ürək-damar sistemi xəstəliklərinin inkişafına təkan verir. Bu xəstəliklər də ölümün əsas səbəbidir. 37 araşdırma şəkərin istehlakı ilə "pis" xolesterinin səviyyəsinin yüksəlməsi arasında olan sıx əlaqəni aşkar edib. Bildiyimiz kimi, "pis" xolesterin damarlarda yığılaraq onların tıxanmasına və nəticədə infarkt və insultun riskinin artmasına səbəb olur. Həmçinin şəkər damarların daxili qatında iltihab yaradır ki, bunun nəticəsində xolestrin burada daha tez yığılır. Digər 12 araşdırma göstərib ki, şəkərin istehlakı arterial təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Teqlər : #Ürək və damarlar üçün ən təhlükəli məhsul, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Armudu günün hansı saatlarında yemək daha faydalıdır? Alimlər gündüz yuxusunun təhlükəli xəstəlik əlaməti olduğunu bildirir
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir