İlqar Məmmədovun məhkəməsi təxirə salınıb

İlqar Məmmədovun məhkəməsi təxirə salınıb

Bu gün Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
 
Maide.Az bildirir ki, "Report"un xəbərinə görə, hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının məhkəməyə gəlmədiyi elan olunub.
 
Proses qeyri-müəyyən günədək təxirə salınıb.
 
Bu məhkəmə öncə də İ.Məmmədovun şikayətinə baxıb və onun 7 il azadlıqdan məhrum edilməsi haqda hökmü qüvvədə saxlayıb. Ali Məhkəməyə şikayət də nəticə verməyib - aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilməyib.
 
Lakin Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 2017-ci ilin noyabrında İ.Məmmədovla bağlı ikinci qərarından sonra Ali Məhkəmənin Plenumu bu il iyunun 29-da onun əsasında REAL Partiyasının sədrinin işinə baxıb. Plenumun qərarıyla İ.Məmmədovun işi yenidən baxılmasından ötrü Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb. 
 

Google+ WhatsApp ok.ru