İndoneziyada nadir Quran nüsxəsi nümayiş etdirilir - FOTO

İndoneziyada nadir Quran nüsxəsi nümayiş etdirilir - FOTO

İndoneziyanın Palembanq şəhərinin “Əl-Əkbər” muzeyində nadir Quran nüsxəsi nümayiş etdirilir.
 
Maide.Az “Anadolu”ya istinadla xəbər verilir ki, Müqəddəs Kitab taxtadan hazırlanıb. Surələr hündürlüyü 1,77 metr, eni isə 1,4 metr olan 30 ədəd lövhənin üzərində yazılıb.
 
Xəttat Şofvatilla Muhsaib bildirib ki, bu işə 2001-ci ildə başlayıb və 9 ilə onu tamamlayıb:
 
“Əvvəlcə kağız üzərində məşq edirdim, ayələri kartondan kəsib hazırlayırdım. Mütəxəssislərin müsbət rəylərindən sonra isə artıq ayələri taxta üzərində oymağa başladım”.
 
2012-ci ildən indiyədək muzeydə Quranı 1 milyon insan ziyarət edib. Taxtadan hazırlanmış bu Quran nüsxəsinə əsasən İran, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Malayziya, Sinqapur, ABŞ və Kanada kimi bir çox ölkədən ziyarətçilərin marağını özünə cəlb edir. 
 
 
 
 

Palembang'da Kur'an-ı Kerim Müzesi
Endonezya'nın Palembang kentindeki Kur'an-ı Kerim müzesi ziyaretçiler tarafından ilgi görüyor. Kuran-ı Kerim'de bulunan 30 cüz, 1,77 x 1,4 metre genişliğindeki ahşaplara yazılı bulunuyor. ( Muhammad A . F - Anadolu Ajansı )
06.08.2018 Muhammad A . F
1 / 14

Google+ WhatsApp ok.ru