İraqda parlament seçkiləri keçirilir

İraqda parlament seçkiləri keçirilir

-- Parlamentdəki 329 yerə 7 mindən artıq namizəd iddia edir

İraqda saat 07:00-da parlament seçkiərinə start verildi.
 
Maide.Az "Trend"-ə istinadən xəbər verir ki, parlament seçkiləri ölkənin İŞİD terror qruplaşmasından azad olunmasından sonra ilk dəfə keçirilir.
 
İraqın Ali Müstəqil Seçki Komissiyasının məlumatına görə, 36 milyonluq əhalidən yeni deputatlara 24 milyon seçici səs verə biləcək. Seçkilərdə 29 blok iştirak edir, onlar özlərində 200-ə yaxın siyası partiyanı birləşdiriblər. Parlamentdəki 329 yerə 7 mindən artıq namizəd iddia edir.
 
Seçkilərdə qalib gələcək koalisiya növbəti 4 ildə ölkəni idarə edəcək hakimiyyət formalaşdıracaq.
 

Google+ WhatsApp ok.ru