İsmayıllıda avtomobil körpüsünü sel apardı

İsmayıllıda avtomobil körpüsünü sel apardı

-- əkin sahələrinə ciddi ziyan dəyib

İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel aparıb.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.
 
Komissiya sədri bildirib ki, rayonun dağlıq ərazisinə yağan güclü yağış və dolu kəndlərdə vətəndaşlara ziyan vurub: "Əsasən, Basqal, Sulut, Köhnə Daxar və Zərnava kəndlərinə dolu düşüb. Hadisə nəticəsində vətəndaşların əkin sahələrinə ciddi ziyan dəyib, Basqal-Sulut yolundakı körpünü sel aparıb.
 
Hazırda əraziyə texnikalar cəlb edilib və sel aparan körpü bərpa edilir"
 

Google+ WhatsApp ok.ru