İsrail Qəzzanı havadan və qurudan bombaladı: ölən və yaralanan var

İsrail Qəzzanı havadan və qurudan bombaladı: ölən və yaralanan var

İşğalçı İsrail ordusu  bu axşam mühasirədə saxladığı Qəzza zolağına  havadan və qurudan hücum edib. 
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki,  işğalçı rejimin hücumu nəticəsində  2 fələstinli şəhid olub, 6 nəfər yaralanıb. Şəhid olanlardan biri 1 yaşlı körpə uşaq və digəri isə 9 aylıq hamilə qadındır.  
 
İşğalçı rejim Qəzzada 12 bölgəni bombaladığını bildirib. 
 
Fələstin Müqavimət HƏrəkatı Qüvvələri  İşğalçı rejimin hücumlarına cavab olaraq, sionistlərin yaşadığı Fələstinin işğal olunmuş ərazilərinə 70 raket zərbəsi  endirib. 
 
Almaniyanın rəsmi xəbər agentliyi bildirib ki,  Müqavimət Qüvvələrinin atdığı raket zərbələri nəticəsində 4  sionist yaralnıb.   İğalçı rejim mətbuatı isə yaralananların 9 nəfər olduğunu bildirib. 
 

Google+ WhatsApp ok.ru