İsrail və Misir fələstinli yaralıların daşınmasına icazə vermir

İsrail və Misir fələstinli yaralıların daşınmasına icazə vermir

-- İnsanlıqdan kənar addım

İşğalçı sionist İsrail əsgərlərinin Qəzzada yaraladığı fələstinlilərin Türkiyəyə gətirilməsi üçün təyyarələr hazır vəziyyət gözlədilir.
 
Maide.aAz “Dünya Bülteni”nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar naziri Rəcəb Ağdağ məlumat verib.
 
Nazir deyib ki, İsrail və Misir təyyarələrin Fələstinə enişinə icazə vermir. O, məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyindən də dəstək istəyib.
 
“Hazırda diplomatik danışıqlar davam edir. Ümid edirəm ki, insanlıqlarını itirməyiblər. Bir daha bütün dünyaya səslənirəm: bu zülmə “Dayan” deyilməlidir”.
 
 

Google+ WhatsApp ok.ru