İsrail yeni rekorda imza atıb - uşaq öldürmək üzrə!

İsrail yeni rekorda imza atıb - uşaq öldürmək üzrə!

İşğalçı İsrail ordu qüvvələri cari ilin əvvəlindən etibarən 35 fələstinli uşağı qətlə yetirməklə yeni rekorda imza atıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, uşaq ölümlərinin sayı üzrə hələ yekunlaşmamış 2018-ci il İsrail üçün rekord ili olub. Bu barədə hesabatı Uşaqların Müdafiəsi üzrə Beynəlxalq Fələstin (UMBF) qeyri-hökumət təşkilatı təqdim edib.
 
Hesabatda deyilir ki, İsrailin qurbanı olmuş fələstinli uşaqların 30-u Qəzza zolağında, beşi isə Qərb Sahili bölgəsində həyatını itirib.
 
Qeyd edək ki, həftənin əvvəlində açıqlanmış hesabatdan sonra da - ötən gün daha iki uşaq İsrail rejiminin qurbanı olub. Bu da ilin sonunadək işğalçı rejimin uşaqlara qarşı cinayətlərinə son qoymayacağı təəssüratını yaradır və uşaq ölümlərinin sayının rekord səviyyədən daha çox olacağı gözlənilir.
 
Bundan əvvəlki illərdə ən çox uşaq ölümü 2016-cı ildə qeydə alınıb. Həmin il işğalçı rejim 32 fələstinli uşağın həyatına son qoyub. Hesabat ayrı-ayrı insidentlər zamanı həlak olmuş uşaq sayını ələ alsa da, İsrailin əvvəlki illərdə Qəzzaya qarşı apardığı irimiqyaslı əməliyyatlarda həlak olan uşaqların sayı bu rəqəmlərdən qat-qat çox olub. Belə ki, təkcə 2014-cü il əməliyyatlarında Qəzzada həlak olmuş fələstinli uşaqların sayı 504 nəfər olub.
 

Google+ WhatsApp ok.ru