Şəhid olan fələstinlilərin sayı 59 nəfərə çatıb

Şəhid olan fələstinlilərin sayı 59 nəfərə çatıb

-- Ölənlər arasında azyaşlı da var

Sionist İsrail rejim ordusu  "Böyük qayıdış" yürüşü və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı keçirilən geniş miqyaslı etiraz aksiyasına müdaxiləsi nəticəsində şəhid olan fələstinlilərin sayı 59 nəfərə çatıb. 
 
Maide.Az xairici KİV-lərə istinadən xəbər verir ki,  bu barədə Fələstinin Səhiyyə nazirliyi məlumat yayıb.
 
“İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhəddə aksiyaçılara odlu silahdan açdığı atəş nəticəsində şəhid olan  fələstinlilərin sayı 59-a yüksəlib. Ölənlər arasında azyaşlı da var. 8 aylıq Leyla Ənvər Qəndur Qəzza zolağının şərq bölgəsində gözyaşardıcı qazdan zəhərləndikdən sonra dünyasını dəyişib”, məlumatda deyilir.
 
Yaralananların sayının isə 2700 nəfərdən çox olduğu bildirilir.
 
İşğalçı İsrail müdafiə ordusunun məlumatına görə, ötən gün Qəzza zolağında keçirilən etiraz aksiyalarında  35 min nəfər iştirak edib.
 

Google+ WhatsApp ok.ru