Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi təxirə düşüb - FOTO/VİDEO

Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi təxirə düşüb - FOTO/VİDEO

-- Nöbəti məhkəmə fevral ayının 13-ü saat 11:00-a təyin edilib

Bu gün  Ali Məhkəmədə  Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayeti  üzrə məhkəməsi  təyin edilmişdi.
 
Maide.Az xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq proses təxirə düşüb. Buna səbəb Şeyx Sərdar Hacıhəsənlinin məhkəmədə iştirakı ilə bağlı müraciət etməsidir. Fevral ayının 13 saat 11:00-a təyin edilən növbəti məhkəmə prosesində Şeyx Sərdar Hacıhsənlinin də iştirakı təmin ediləcək.  
 
Qeyd edək ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə)  üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib.
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru