“Taliban” Əfqanıstan prezidentinin seçkilərdə iştirak təklifini rədd edib

“Taliban” Əfqanıstan prezidentinin seçkilərdə iştirak təklifini rədd edib

-- Taliban,ölkə əhalisini seçkilərdə iştirak etməməyə çağırıb

“Taliban” Əfqanıstan Prezidenti Əşrəf Qaninin bu il ölkədə keçiriləcək parlament və yerli seçkilərdə iştirak təklifini qəbul etməyib.
 
Maide.Az "azərtac"a  istinadla xəbər verir ki, seçkilərin saxta və qurama olduğunu deyən taliblər Əfqanıstanda yalnız ABŞ-ın təsdiq etdiyi qüvvələrin hakimiyyətə gələ biləcəyini bildiriblər.
 
Taliban, həmçinin ölkə əhalisini seçkilərdə iştirak etməməyə çağırıb. Bununla yanaşı, “Taliban” əsas məqsədinin xarici qüvvələrə qarşı mübarizə aparmaq olduğu vurğulanıb.
 
Qeyd edək ki, aprelin 14-də Əşrəf Qani “Taliban” a siyasi qüvvə kimi sülh prosesinə qayıtmaq və seçkilərdə iştirak etmək barədə təklif ünvanlamışdı.
 
Əfqanıstanda parlamentə və dairə şuralarına seçkilər 2018-ci ilin oktyabr ayına planlaşdırılır.
 

 

Google+ WhatsApp ok.ru