İş saatı ən uzun olan ölkələr

İş saatı ən uzun olan ölkələr

-- Asiya iş saatlarının ən uzun olduğu qitədir

Cənubi Koreya parlamenti həftəlik iş müddətinin maksimum həddini 68-dən 52-yə endirən qanunu qəbul edib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) görə, inkişaf etmiş ölkələr arasında Cənubi Koreya ən uzun iş saatlarına sahibdir.
 
İyul ayında qüvvəyə minəcək bu yeni qanun, ilk mərhələ üçün sadəcə böyük şirkətlərdə tətbiq olunacaq. İş dünyası isə vəziyyətdən heç də razı deyil.
 
Cənubi Koreya hökuməti isə qanunun yaşayış standartlarını yüksəldəcəyi, yeni iş imkanları açacağı və işçilərin məhsuldarlığını artıracağını söyləyir.
 
Son 10 ildə mühüm azalma ilə müşayiət olunan doğuş dərəcəsinin də yüksələcəyinə ümid edilir.
 
Meksika ən çox işləyən ölkədir, Rusiya 5-ci, Türkiyə 14-cü yerdə gəlir.
 
OECD-nin 2017-ci ildə nəşr etdiyi Məşğulluq Hesabatına əsasən, 38 OECD ölkəsi arasında ən uzun iş saatı olanların ilk beşliyi belədir: Meksika, Kosta Rika, Cənubi Koreya, Yunanıstan və Rusiya.
 
İş Qanununa görə, həftəlik iş saatının qanuni həddi 45 saatdır.
 
OECD ölkələrində illik ən uzun işləmə saatları
Sıra Ölkə Adam başına illik ortalama işləmə saatları
1 Meksika 2,225
2 Kosta Rika 2,212
3 Cənubi Koreya 2,069
4 Yunanıstan 2,035
5 Rusiya 1,974
5 Çili 1,974
14 Türkiyə 1,832
16 ABŞ 1,783
22 Yaponiya 1,713
26 Böyük Britaniya 1,676
38 Almaniya 1,363

Beynəlxalq Əmək Təşkilatının (ILO) apardığı araşdırmada müəyyənləşib ki, aşağı və orta gəlirli ölkələrin iş saatlarının uzunluğu digərlərinə nisbətən daha çoxdur. Ölkələr arasındakı fərqləri yaradan əsas səbəblərə az maaşlı iş, özünə işləyən insanların ümumi nisbəti, iş təhlükəsizliyi və o ölkənin mədəni quruluşu daxildir.

İş saatları uzun olan yeganə "zəngin" ölkə Cənubi Koreya deyil.
 
Karoşi
Yaponiyada statistika ilə təsdiqlənmiş "çox işləməkdən ölmək" problemi mövcuddur. Yapon dilində bunun adı da var: Karoşi.
 
Karoşi kəlməsi iş təzyiqi nəticəsində yaranan stressdən ürəktutması və iflic kimi xəstəliklər keçirib, həyatını itirənlər və intihar edənlər üçün istifadə olunur.
 
Orta hesabla illik iş vaxtı 1713 saat olan Yaponiyada vəziyyət digər OECD ölkələrinə nisbətən daha yaxşıdır. Ancaq ölkədəki rəqəmlərdən əlavə bir ictimai həqiqət də var.
 
Yapon qanunları həftəlik iş saatı ilə bağlı bir hədd təyin etməyib.
 
Yapon hökumətinin məlumatlarına əsasən, 2015-2016 maliyyə ili ərzində karoşi hadisələrinin sayı 1456-ya çatıb.
 
Qeyri-hökumət təşkilatları rəqəmlərin tam şəkildə qeydə alınmadığı və bu sayın daha çox olduğunu irəli sürür.
 
Maksimum qanuni həftəlik iş saatı ən yüksək olan ölkələr
Tayland 84
Seyşel adaları 74
Kosta Rika 72
Nepal 68
İran 64
Malayziya 62
Sinqapur 61

ILO-nun cari məlumatlarına görə, Asiya iş saatlarının ən uzun olduğu qitədir.

Asiya ölkələrinin 32 faizində həftəlik iş saatları ilə bağlı bir maksimum hədd yoxdur. 29 faizində isə maksimum hədd həftəlik 60 saat və ya daha çoxdur. Qitədə sadəcə ölkələrin 4%-i ILO və digər beynəlxalq təşkilatların iş saatını maksimum 48 kimi müəyyənləşdirdiyi standartlara cavab verir.
 
Amerika və Karib ölkələrinin 34 faizində heç bir həftəlik saat həddi yoxdur. ABŞ da "həddin" olmadığı ölkələrdəndir.
 
Məşğulluq qaydalarının dəyişkən olduğu Yaxın Şərqdə 10 ölkədən səkkizində həftəlik iş saatının 60-dan çox olması problem sayılmır.
 
Avropa ölkələrinin hamısında iş saatları qanunlarla müəyyənləşdirilsə də, Belçika və Türkiyədə həftəlik orta iş saatı 48-i keçə bilir.
 
İşholik şəhərlər
Afrikada hər işçidən üçünün həftədə 48 saatdan uzun işlədiyi ölkələrin sayı, digər qitələrə nisbətən daha çoxdur.
 
Məsələn Tanzaniyada 48 saatdan çox işləyənlərin sayı 60 faizdir.
 
Bəzi şəhərlərsə iş saatları mövzusunda bir-birləri ilə yarışırlar.
 
Dünyanın ən böyük maliyyə şirkətlərindən biri olan İsveçrənin UBS-inin 71 şəhər arasında apardığı araşdırmaya görə, həftəlik 50.1 saatla Honkonq siyahıda ilk yeri tutur. Onu həftəlik 43.7 saatla Mumbay, 43.5 saatla Mexiko, 42.6 saatla Yeni Delhi və 42.1 saatla Banqkok izləyir.
 
Meksika həftəlik iş saatları ilə yanaşı, dünyanın ən qəddar icazə siyasəti ilə də tanınır. Qanuni olaraq ödənişli illik məzuniyyətin aşağı həddi 10 gündən də azdır. Nigeriya, Yaponiya və Çindəki vəziyyət də bundan fərqli deyil.
 
Braziliya isə işçilərinə ən az 20-23 gün illik məzuniyyət haqqı verir.
 
Daha pis hallar da az deyil.
 
Misal üçün Hindistanda iş saatlarının maksimum həddi olmadığı kimi, illik icazə haqqının da qanuni bir minimum limiti yoxdur.(bbc)
 
 

 

Google+ WhatsApp ok.ru