Şimali Koreya yenə Yaponiya üzərindən raket atdı 15 Sentyabr 2017 01:00 Dünya Şimali Koreya Yaponiya üzərindən növbəti ballistik raket atıb, bu, onun son həftələr ərzində ikinci belə "təxribat xarakterli" addımıdır. Cənubi Koreya hərbçiləri bildirib ki, raket təxminən 770 kilometr yüksəklikdə uçaraq və 3700 kilometr məsafə qət edərək Hokkaido adasının yaxınlığında dənizə düşüb. Yaponiyanın Baş naziri Shinzo Abe bəyan edib ki, onun ölkəsi Şimali Koreyanın təhlükəli hərəkətlərinə "heç vaxt" tolerant yanaşmayacaq. "Əgər Şimali Koreya bu yolla getməyə davam edərsə, onun gələcəyi parlaq deyil", Baş nazir Shinzo Abe bildirib ABŞ Dövlət Katibi Rex Tillerson, BMT sanksiyalarını pozan raket buraxılışını tənqid edib. O, buna görə nüvə silahına malik Şimali Koreyanın əsas iqtisadi tərəfdaşlarını - Çin və Rusiyanı ittiham edib. "Çin neftinin əksəriyyətini Şimali Koreyaya satır, Rusiya Şimali Koreyanın məcburi əməkçilərinin ən böyük işəgötürənidir," o bildirib. Cənubi Koreyanın prezident Moon Jae-in milli təhlükəsizlik şurasının fövqəladə iclası keçirilib və raket sınağının Şimali Koreya üçün əlavə diplomatik və iqtisadi təcridi demək olduğunu bildirib. Cənubi Koreya hərbiyyəsi bildirib ki, sanksiyalardan sonra ilk olan bu raket buraxılışı yerli vaxtla səhər saat 7-də (Bakı vaxtilə saat 01:00-da) Pxenyanın Sunan aerodromdan atılıb. Məlumata görə, raket Yaponiyanın şimalındakı Hokkaido adasının üzərindən uçaraq Sakit Okeana düşüb. Hadisədən dərhal sonra ada sakinlərinə gizlənmək barədə səsli və yazılı mesajla xəbərdarlıq edilib.(bbc) Teqlər : #Şimali Koreya yenə Yaponiya üzərindən raket atdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru London metrosunda partlayışda 20 nəfər yaralanıb - YENİLƏNİB Sığın Moskvada nəqliyyat hərəkətini iflic etdi (VİDEO)
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO