İraqda Ayətulah Sistaninin nümayəndəsinə qarşı  sui-qəsd təşkil olunub

İraqda Ayətulah Sistaninin nümayəndəsinə qarşı sui-qəsd təşkil olunub

Iraqın cənubunda Ayətullah Sistaninin Əl-Müsənna əyalətindəki nümayəndəsi Razi Əl-Taiyə qarşı  sui-qəsd təşkil edilib. 
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki,  İraq Əl-Müsənna əyalət polis rəsmisi  Xəlil Əbdül-Qəfur  bidirib ki,  silahlı şəxslər  cümə axşamı günü  Ayətullah Sistaninin nümayəndəsi Razi Əl-Taiyinin evinə  avtomat silahlarla atəş açıb.  
 
Sui-qəsd nəticəsində R.Əl-Tai xəsarət almasada onun qardaşı oğlu ağır yaralanıb.  
 
Polis hazırda  bu hadisə ilə bağlı təhqiqat aparır. 
 

Google+ WhatsApp ok.ru