Bəqərə, 55. Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, Allahı aşkar surətdə görməyincə, sənə əsla iman gətirməyəcəyik». Beləliklə, gözünüz baxa-baxa sizi ildırım vurdu.

Hәzrәt Zәhrа (s.ә) buyurub : «“Pеyğәmbәr (s), Әliyə (ә) bахıb buyurdu: Bu şәхs vә оnun şiәlәri cәnnәt әhlidirlәr.»




ÖMRÜN QISALIĞI VƏ İNSANDAN ƏBƏDİ QALACAQ YAXŞI VƏ PİS ƏMƏLLƏR

-- Ölümdən qorxan kəs (bilsin ki,) ondan...

Tarix : 24-02-2018 14:04

Peyğəmbəri-Əkrəm (s) Əbuzər Qifariyə nəsihətində buyurur:

يا اَباذَرٍّ؛ إِنَّكُمْ فى مَمَرِّ اللَّيْلِ وَالنَّهارِ فى آجال مَنْقُوصَة وَ أَعْمال مَحْفُوظَة وَالْمَوْتُ يَأْتى بَغْتَةً وَ مَنْ يَزْرَعْ خَيْراً يُوشِكُ أَنْ يَحْصُدَ خَيْراً وَ مَنْ يَزْرَعْ شَرّاً يُوشِكُ أَنْ يَحْصُدَ نَدامَةً وَ لِكُلِّ زارِع مِثْلُ ما زَرَعَ.

“Ey Əbuzər! Sizə verilən ömür gecə gündüzün keçməsi ilə əlaqədar daim azalmaqdadır. Bu ömürdən isə sizin yalnız əməliniz qorunub-saxlanılır. Qəfil ölüm gəlib çatdığı zaman yaxşı əməl sahibləri öz xeyirli əməllərinin nəticəsini alarlar. Pis əməl sahiblərinin ələ gətirdikləri isə, ancaq peşmançılıq olar. Hər (əkən) kəs əkdiyini biçər.

Ömrün keçici olmasına diqqət insanı iş və fəaliyyətə sövq etdirən və onda ilahi təkliflərə qarşı maraq oyadan məsələlərdəndir. İstəsək də, istəməsək də alıb-verdiyimiz hər nəfəsdə ömrümüz bir miqdar azalır. Fələyin çarxını öz gərdişindən saxlamaq olmaz. Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) təbiri ilə desək:

نَفَسُ الْمَرْءِ خُطاهُ إِلى أَجَلِهِ

“İnsanın çəkdiyi hər nəfəs, onun ölümünə qarşı atdığı bir addımdır.” (“Nəhcül-bəlağə”, Feyzül-İslam, səh.1117.)

Diqqətli olmaq lazımdır ki, ixtiyarımızda olan bu sərmayə əlimizdən çıxmasın. Bu elə bir sərmayədir ki, daim azalıb-solmağa doğru irəliləyir və son nöqtəsi insanın əlindən qurtara bilməyəcəyi ölümdür. İmamƏli (ə) buyurur:

...فَما يَنْجُو مِنَ الْمَوتِ مَنْ خَافَهُ وَ لا يُعْطى الْبَقاءَ مَنْ أَحَبَّهُ

“Ölümdən qorxan kəs (bilsin ki,) ondan qurtula bilməyəcək, yaşayıb sağ qalmağı sevən kəs (bilsin ki,) həmişəlik sağ qalmayacaqdır.” (Nəhcül-bəlağə», Feyzül-islam, xütbə 38, səh.122.)

Heç kim nə qədər yaşayacağı və nə zaman öləcəyini bilmir. Quranın buyurduğu kimi:

وَ ما تَدْرى نَفْسٌ ما ذا تَكْسِبُ غَداً وَ ما تَدْرى نَفْسٌ بِأَىِّ أَرْض تَمُوتُ

“Heç kim sabah olacağını əcəlinin harada yetişəcəyini bilmir.” (“Loğman” surəsi, ayə 34.)

Allahın insana olan lütflərindən biri də insanın öz ölümünün nə zaman olacağını bilməməsidir. Əgər öz əcəlimizin vaxtını bilsəydik, daha çox qəflətə və qürura mübtəla olardıq. Əlbəttə, ruhi cəhətdən kamala çatmış insanlar fəqət Allah qarşısında müti olub, öz bəndəlik vəzifələrini icra etmək fikrində olduqları üçün ölüm vaxtının nə zaman yetişib-yetişməyəcəyi onları maraqlandırmır. Mümkündür, Allah onlara ölümlərinin nə zaman yetişəcəyini xəbər versin. Lakin bizim kimi adamların əcəlini qabaqcadan bilməsi səhlənkarlığa səbəb ola biləcəyi üçün Allah belə bir xəbəri bizlərə verməyi məsləhət bilmir. Bizim əcəlimizin nə vaxt yetişəcəyindən xəbərsiz olub, bu barədə nigaran qalmağımız Allahın hikmətindəndir. Çünki belə olan surətdə, biz ömrümüzdən daha yaxşı istifadə edə bilərik.

Ömrün hədər getməməsi üçün tənha çıxış yolu faydalı ticarətdir. Bundan daha yaxşı ticarət nə ola bilər ki, insan ömrünün müqabilində behişti qazansın. Çünki behişt insan ömrünün qiyməti olacaq yeganə sərvətdir. Əmirəlmöminin Əli (ə) buyurur:

أَلا حُرٌّ يَّدَعُ هذِهِ اللُّماظَةَ لاَِهْلِها؟ إِنَّهُ لَيْسَ لاَِنْفُسِكُمْ ثَمَنٌ إِلّا الْجَنَّةَ، فَلا تَبِيعُوها إِلّا بِها

“Hanı elə bir azad insan ki, çeynənilib tüpürülmüş bu artığı (bu dünyanı) dünya əhli üçün saxlasın? Cənnət, sizin canınızın yeganə qiymətidir. Elə isə ömrünüzü ondan başqa heç nəyə satmayın.” (“Nəhcül-bəlağə”, Feyzül-İslam, hikmət 448, səh.1295.)

Ömrün böyük sərmayəsini Allahın qəzəb atəşi ilə ticarət edənlər necə də ziyankar insanlardır! Ömürlərini batil yolda sərf edənlər, bəlkə də, fikirləşirlər ki, ömür getdikcə onların əməlləri də itib batır. Necə də batil bir xəyal! Düzdür ki, bu həyat keçicidir, əbədi qalan isə axirət həyatıdır. Lakin insanın bu həyatdakı əməlləri əbədi qalacaqdır, çünki əməlin insan ruhu və Allah-Taala ilə əlaqəsi vardır. Bizim keçici və fani olan bir zamanda yaşamağımıza baxmayaraq, həm də əbədiyyət aləmi ilə rabitəmiz vardır və əməllərimiz orada əbədi qalır.

Qiyamətə aid edilən və qəbul olunan məsələlərdən biri də insan əməlinin qorunub-saxlanılması və qiyamətdə təcəssüm olunmasıdır. Allah-Taala Qurani-Kərimdə bu məsələyə toxunaraq buyurur:

وَوُضِعَ الْكِتابُ فَتَرَى الُْمجْرِمينَ مُشْفِقينَ مِمّا فيهِ وَ يَقُولُونَ يا وَيْلَتَنا مالِ هذا الْكِتابِ لا يُغادِرُ صَغيرَةً وَ لا كَبيرَةً إِلّا أَحْصَاها وَ وَجَدُوا ما عَمِلُوا حاضِراً وَ لا يَظْلِمُ رَبُّكَ أَحَداً

o gündə (qiyamətdə) camaatın yaxşı pis əməllərinin (toplandığı) kitabı onların qarşısına qoyarlar. Günah əhlini əməl dəftərlərinə görə həyəcanlı hürkək görərsən, onlar özlərinə deyərlər: “Vay olsun bizə! Bu necə kitabdır ki, bizim bütün böyük kiçik əməllərimizi, iynə ucu qədər belə yer ötürmədən bir-bir qələmə almışdır. (Bu kitabda) bütün əməllər qorunub-saxlanılmışdır hər kəs öz əməlini orada hazır görəcək sənin Allahın heç kimə haqsızlıq etməyəcəkdir.” (“Kəhf” surəsi, ayə 49.)

Başqa bir yerdə isə belə buyurur:

فَمَنْ يَعْمَلْ مِثْقالَ ذَرَّة خَيْراً يَرَهُ. وَ مَنْ يَعْمَلْ مِثْقالَ ذَرَّة شَرّاً يَرَهُ

“Qiyamət günü zərrə qədər yaxşı görən hər kəs onun xeyrini görəcəkdir zərrə qədər pis görən hər kəs onun zərərini görəcəkdir.” (“Zəlzələ” surəsi, ayə 7-8.)

(Maide.Az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:24
05:11
12:43
20:32
23:50
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

25-06-2018 03:36