Bəqərə, 66. Beləliklə, Biz o cəzanı (həmin dövrdə) olanlar və sonrakı nəsillər üçün ibrətamiz bir cəza və təqvalılar üçün öyüd-nəsihət etdik.

İmаm Hәsәn (ә) buyurur : «Hәr kәs Аllаhın qulu оlsа, Аllаh-tәаlа hәr şеyi оnа qul vә müti еdәr.»




ÜMİD VƏ QORXU – İNSANLIĞA TƏRƏF HƏRƏKƏT AMİLİ-2

-- Ümid və qorxunun faydalı həddi və ...

Tarix : 25-06-2018 09:05

Əgər insan müəyyən bir işdən çəkinirsə, bu işdə təsirli şəxslə hesablaşmalıdır. Məsələn, axirət əzabından qorxan insan Allahı tanımalı və Ona asilikdən çəkinməlidir. Necə ola bilər ki, “xərçəng”dən, “vəba”dan qorxan insan bu bəlaların sahibi ilə hesablaşmaya?! Əslində insanın onu xoşbəxt və ya bədbəxt etmək qüdrətində olan Allahla hesablaşması tam təbiidir.

Bəzən elə olur ki, ölümdən sonrakı həyata, cənnət və cəhənnəmə inanan insan Allahı tanımır. Arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, qədim insanlar arasında axirətə inananlar olmuşdur. Onlar öz ölülərini dəfn edərkən qəbirə ərzaq qoyar və bununla da ölüləri axirət həyatında aclıqdan qurtarmaq istəyərmişlər.

İslam dinində əsas məqsəd diqqəti cənnət və cəhənnəmə yox, varlıq aləminin ixtiyar sahibi olan Allaha yönəltməkdir. Cəhənnəm odundan qorunmaq istəyən şəxs ömür boyu Allahdan, Ona asi olmaqdan çəkinməmişsə, onu zirehli halda qəbirdə dəfn etməyin heç bir faydası yoxdur. İnsanın yeganə qorxu və ümid nöqtəsi Allah olmalıdır. Dünya və axirətdə bəlalardan qorunmaq istəyən şəxs Allahın razılığını qazanmaq üçün çirkin işlərdən çəkinməlidir. Yeganə səadət yolu Allaha itaətdir.

İslam nəzərincə, insanlığa doğru hərəkətdə qorxu və ümid mühüm amildir. Bu iki amil səbəbindən insanlar öz iman mərtəbəsinə uyğun ibadətlə məşğul olur. Bəziləri cəhənnəm əzabı qorxusundan, bəziləri isə Allahı razı salmaq xatirinə ibadət edir. “Kumeyl” duasında imam Əli (ə) Allah-Taala ilə raz-niyaz edərkən deyir:

فَهَبنى... صَبَرتُ عَلى عَذابِكَ فَكَيفَ اَصبِرُ على فِراقِكَ؛

“İlahi, tutaq ki, əzabına səbir etdim, bəs ayrılığına necə səbir edim?

QORXU ÜMİDİN HƏDDİ

Ümid və qorxunun faydalı həddi və bu həddin mərtəbələri vardır. Möminin hissləri bu mərtəbələrdən birinə uyğun olmalıdır.

İnsan Allahın mərhəmətinə həddən artıq ümid edirsə, bağışlanacağına arxayın olub böyük günahlara bata bilər. Bu həqiqi ümid deyil və olduqca zərərlidir. Çünki Allah insanı onun hansısa əməlinə görə bağışlayır. İnsan Allahdan elə bir həddə qorxmalıdır ki, bu qorxu onu günahdan çəkindirə bilsin. Qorxu və ümid arasında tarazlıq olmalıdır. Ümid qorxudan çox olarsa, insan günaha düşər, qorxu ümiddən çox olarsa, insanda bədbinlik yaranar.

QORXU ÜMİD ARASINDA TARAZLIQ

Kamil insanın bəndəçilik hissi onun bütün vücudunu bürüyür. İnsanın qorxusu bu vücuda daxildir. Demək, məsumlarda, günahsız insanlarda da qorxu olmuşdur. Bu insanlar Allahın mərhəmətindən xəbərdar olsalar da, Onun qəhr sifətini xatırlayaraq qorxudan özlərini unudurlar. Amma Allahın camal sifətləri haqqında düşünmək onlara ümid verir. Əlbəttə ki, bu mərtəbədə bəzən ümid qorxunu üstələyə bilər. Kamil insanlarda isə ümid və qorxu arasında dəqiq tarazlıq vardır.

Bu mövzu ilə əlaqədar maraqlı bir rəvayət nəql olunmuşdur. Təqribən yaşıd olan həzrət Yəhya (ə) və həzrət İsa (ə) eyni dövrdə yaşamışlar. Bir gün Yəhya (ə) İsadan (ə) soruşur: “Necə də sakitsiniz. Yoxsa ilahi əzabdan qorxmursunuz?” Həzrət İsa buyurdu: “Nə üçün bu qədər ağlayırsınız? Məgər Allahın mərhəmətinə ümidiniz yoxdur?”

Həzrət Yəhya (ə) daim Allah qorxusundan ağlayardı. Hətta atası həzrət Zəkəriyya (ə) məsciddə moizə etmək istəyərkən baxardı ki, Yəhya (ə) orada olmasın. Həzrət Yəhyada (ə) qorxu həzrət İsada (ə) isə ümid hissi daha güclü idi. Amma bu iki sifət məsum imamlar və həzrət Peyğəmbəri-Əkrəmdə (s) eyni dərəcədə olmuşdur. Onlar Allahın calal sifətlərini düşündükdə qorxar, camal sifətlərini düşündükdə isə ümidvar olardılar. Bu hal digər övliyalarda da müşahidə oluna bilər. (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 10-cu dərs, səh.119-122.)

(Maide.Az)

 

İlk yazını BURADAN oxuya bilərsiz!!!

 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:21
05:51
12:45
19:54
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

15-08-2018 23:27