«Kafir olan və Bizim (tovhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar». ("Bəqərə" surəsi 39)

İmam Həsən (ə) buyurur:
“Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”



İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Tarix : 23-08-2017 05:24

Zil-həccə ayının 1-ci günü (Avqust ayının  23-ü) imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa mətni əziz oxucuların diqqətinə çatdırırıq:

İmam Əli (ə) Allahın əmri və İslamın gözəl qanunlarına əsasən, gəncliyinin tufanlı dövründə öz həyat gəmisinə sakitlik və aramlıq bəxş etmək qərarına gəlir. Amma onun kimi bir şəxsiyyət həyat yoldaşı seçərkən heç vaxt nisbi və müvəqqəti rahatlıqla kifayətlənib, həyatının digər üfüqlərini nəzərindən yayındıra bilməzdi. Buna görə də, elə bir həyat yoldaşı tapmaq istəyirdi ki, iman, təqva, elm, bilik, dünyagörüş, nəciblik və əsil-nəsəb baxımından misilsiz olsun. O həzrət üçün belə bir həyat yoldaşı anadan olduğu dövrdən o vaxta kimi bütün xüsusiyyətlərindən tam agah olduğu şəxsdən – Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhra (s)-dan başqa heç kəs ola bilməzdi.

XANIM ZƏHRANIN (S) ElÇİLƏRİ

İmam Əli (ə)-dan qabaq Əbu Bəkr və Ömər Peyğəmbərin (s) qızı ilə evlənmək üçün elçilik etmiş, lakin hər ikisi Peyğəmbərdən (s) bu cavabı eşitmişdi: “Zəhranı ərə vermək üçün ilahi vəhyi gözləyirəm”.

O iki nəfər həzrət Zəhra (ə) ilə evlənməkdən ümidsiz olduqda, Ovs qəbiləsinin rəisi Səd-Məaz ilə söhbət edərək anladılar ki, imam Əlidən (ə) başqa, heç kim xanım Zəhra (ə) ilə evlənməyə layiq deyil, həm də Peyğəmbər (s)-in nəzərdə tutduğu şəxs ondan başqası deyil! Buna görə də, birlikdə Əlini (ə) axtarmağa başladılar və nəhayət, o həzrəti “ənsar” zümrəsindən bir nəfərin bağında tapdılar. Əli (ə) öz dəvəsi ilə xurma ağaclarını suvarırdı. Onlar Əliyə (ə) dedi: “Qüreyşin əyan-əşrafı Peyğəmbərin (s) qızına elçiliyə gedib. Peyğəmbər (s) onlara cavab verib ki, Zəhranın evlənməsi Allahın iznindən asılıdır. Biz ümidvarıq ki, əgər sən Fatimə üçün elçilik etsən, münasib cavab eşidəcəksən. Əgər sənin evlənmək üçün mal-dövlətin az olarsa, biz sənə kömək etməyə hazırıq.

Bu sözləri eşidən Əlinin (ə) gözləri sevinc yaşları ilə dolub deyir: “Mənim Peyğəmbərin (s) qızına meyil və məhəbbətim var”.

Bunu deyib işindən əl çəkir və Peyğəmbərin (s) evinə tərəf yollanır. Evin qapısını döyəndə, Peyğəmbər (s) Ümmü-Sələməyə deyir: “Qalx ayağa və qapını aç. Bu, Allahın və Onun Rəsulunun sevdiyi bir şəxsdir”.

Ümmü-Sələmə deyir: “Peyğəmbərin (s) təriflədiyi bu şəxsi görmək şövqü mənə elə təsir etmişdi ki, qapını açmaq istəyərkən az qaldı ki, ayaqlarım büdrəsin. Mən qapını açdım və Əli (ə) evə daxil olub Peyğəmbərin (s) hüzurunda əyləşdi. Amma həyası və Peyğəmbərin məhzərinin əzəməti onun bir söz deməsinə mane oldu. Ona görə də, başını aşağı salmışdı. Otağa sükut çökmüşdü. Nəhayət, Peyğəmbər (s) sükutu pozub dedi: “Elə bil, bir iş üçün gəlmisən?”

Əli (ə) cavab verdi: “Mənim risalət ailəsi ilə qohumluğum, həmçinin bu din yolunda sabitqədəm olmağım, İslamın inkişaf üçün etdiyim cihad və səylərim sizə məlumdur”.

Peyğəmbər buyurdu: “Sənin məqamın deyilənlərdən də yüksəkdir”.

Əli (ə) dedi: “Məsləhət görürsünüzmü ki, Fatiməni mənimlə evləndirəsiniz?” Əli (ə) evlənmə təklifini irəli sürdükdə, öz təqvası və parlaq xidmətlərinə arxalanır və bu yolla hamıya öyrədir ki, üstünlük meyarı gözəllik, sərvət və mənsəb yox, yalnız təqvadır.

Peyğəmbəri-Əkrəm (s) qadının da azad şəkildə özünə həyat yoldaşı seçmə haqqını bəyan edərək Əliyə (ə) belə cavab verir: “Sizdən öncə başqaları da qızıma elçiliyə gəlmişdi. Mən onların istəkləri barəsində qızımla məsləhətləşdim, amma qızımın üzündə onlara qarşı narazılıq hiss etdim. İndi istəyiniz barədə onunla məsləhətləşib, sonra nəticəni sizə xəbər verərəm”.

Peyğəmbər (s) Zəhranın (ə) otağına daxil olur. Zəhra (ə) ayağa qalxıb əbanı atasının çiynindən götürür və Peyğəmbərin ayaqqabılarını çıxarıb mübarək ayaqlarını yuyur. Sonra Peyğəmbər (s) öz qızı ilə söhbətə belə başlayır: “Əlinin (ə) İslamdakı fəzilət və məqamı bizə aydındır. Mən Allahdan istəmişdim ki, səni Öz məxluqunun içində ən yaxşı insana qismət etsin. Hal-hazırda o, sənə elçiliyə gəlib. Bu barədə nə deyirsən?”

Zəhra (ə) dərin sükuta dalır, amma üzünü Peyğəmbərdən (s) döndərmir və hətta azacıq narazılıq belə onun üzündən görünmür. Rəsuli-Əkrəm (s) ayağa qalxıb buyurur: “Allahu-əkbər! Qızımın sükutu onun razılıq əlamətidir”.

İZDİVAC VƏ NİKAHIN  XƏRCİ

O zaman Əli (ə)-ın varı-yoxu yalnız qılıncı və zirehli paltarı idi. Onunla Allah yolunda cihad edirdi. Bir dəvəsi də var idi ki, onunla Mədinə bağlarında işləyirdi. Elçilik və nikah mərasimindən sonra əziz həyat yoldaşı üçün zəruri mənzil avadanlığı təşkil etməyin və Peyğəmbərin qızı ilə müştərək həyata başlamağın yollarını araşdırdı. Peyğəmbər (s) razılaşdı ki, Əli (ə) öz zirehli paltarını satıb onun bir hissəsini Fatimənin (ə kəbin haqqı kimi Peyğəmbərin (s) ixtiyarında qoysun.

Zireh dörd yüz dirhəmə satılır. Peyğəmbər (s) onun bir qədərini Bilala verir ki, Zəhra (ə) üçün ətir alsın. Qalanını isə Əmmar Yasir və öz dostlarından bir neçəsinə verir ki, Əli (ə) və Zəhra (s) üçün ev əşyaları alsın.

Zəhranın (ə) cehizlərindən İslamın böyük qadınının həyat şəraitini yaxşıca dərk etmək olar. Peyğəmbərin (s) göndərdiyi adamlar bazardan qayıdır.

İmam Əli (ə) ilə xanım Fatimənin (s) ailə həyatı olduqca sadə, dəbdəbəsiz başlayır. İslamın nümunə qadınının gəlinlik cehizinə bir nəzər salaq: Bir ədəd köynək, iki ədəd yaylıq, bir ədəd qətifə, xurma çubuğu və lifindən bir taxt, iki ədəd döşək (biri yun, biri xurma lifindən), ikisi yun, ikisi də xurma lifindən dörd balış, bir pərdə, bir həsir, bir əl daşı-dəyirmanı, dəri su tuluğu, süd üçün taxta kasa, dəri su qabı, bir küp, bir neçə kuzə, iki gümüş qolbağı, bir mis qab.

Peyğəmbərin (s) dostları aldıqları əşyaları gətirib təqdim etdikdə, o həzrət qızının ev vəsaitlərinə baxıb buyurur: "İlahi, qab-qacaqlarının çoxunu saxsı təşkil edənlərin həyatını mübarək et!"

Peyğəmbəri-Əkrəmin (s) əziz qızının toy mərasimi çox sadə keçirilir. Nikahdan bir ay keçəndən sonra Peyğəmbərin (s) zövcələri həzrət Əliyə (ə) deyirlər: “Niyə həyat yoldaşını öz evinə aparmırsan?!”

Əli (ə) bu iş üçün hazırlaşdığını bildirir. Ümmü-Əymən Peyğəmbərin (s) hüzuruna gedib deyir: “Əgər Xədicə sağ olsaydı, qızı Fatimənin toy mərasimində çox sevinər, şad olardı”. Peyğəmbər (s) Xədicənin adını eşitdikdə kövrəlir, gözləri yaşla dolub buyurur: “Hamı məni təkzib edən bir vaxtda o məni təsdiq etdi, Allahın dinini yaymaqda mənə kömək etdi və öz mal-dövləti ilə İslamın genişlənməsinə yardımçı oldu”.

Ümmü-Əymən deyir: “Fatiməni bəxt evinə yola salmaqla hamını sevindirin!”

Rəsuli-Əkrəm (s) göstəriş verir ki, otaqlardan birini Zəhranın (s) toy gecəsi üçün hazırlayıb bəzəsinlər.

Gəlini bəy evinə aparmağın vaxtı gəlib çatır. Peyğəmbəri-Əkrəm (s) Zəhranı yanına çağırır. Həzrət Zəhra (ə) üzündən xəcalət təri axan bir halda atasının hüzuruna gəlir. Xəcalətin şiddətindən ayaqları əsir və az qalırdı ki, yerə yıxılsın. Bu vaxt Peyğəmbər (s) onun üçün belə dua edir: “Allah dünya və axirətdə səni xətalardan hifz etsin!”

Sonra Zəhranın (s) üzünü açaraq onun əlini həzrət Əlinin (ə) əlinə verib təbrik edir və buyurur: “Ey Əli, Allah sənin Rəsulullahın qızı ilə izdivacını mübarək etsin. Fatimə necə də yaxşı həyat yoldaşıdır!”

Sonra üzünü Fatiməyə tutub buyurur: “Əli çox gözəl həyat yoldaşıdır!”

Bunu deyib hər ikisinə göstəriş verir ki, Allah evinə tərəf yollansın. Ondan sonra bəylə-gəlin bəy otağına daxil olduqda, Peyğəmbər (s) də otağa daxil olur və əlində olan qabdakı sudan təbərrük olaraq qızının başına səpib hər ikisinə belə dua edir: “Pərvərdigara, bu mənim qızımdır və camaatın içində mənə ən sevimli olan kəsdir. Pərvərdigara, bu da mənim qardaşım və camaatın içində mənə ən əziz bir şəxsdir. İlahi, bunların məhəbbət tellərini daha da möhkəmləndir!”

Rza Şükürlü 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:10
06:30
12:32
18:48
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

25-09-2018 12:47