Ey İsrail övladları (ey Yəqubun yəhudi və xaçpərəst övladları, Yəqubun vaxtından İsanın vaxtına kimi), sizə verdiyim nemətləri yadınıza salın və Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim (sizin əhd-peymanınız itaət, Mənimki isə savab və mükafat verməkdir). Və yalnız Məndən qorxun!("Bəqərə" surəsi 40)

Həzrət Əli (ə) buyurur:
“Qəlbini dünya məhəbbəti tutan kəs Allah sevgisini necə iddia edə bilər?!”



İMAM HÜSEYNİN (Ə) NƏZƏRİNDƏ KƏRBƏLA İNQİLABININ FƏLSƏFƏSİ (2)

Tarix : 11-10-2017 09:00

Qanlı Kərbəla inqilabının rəhbəri imam Hüseynin (ə) nəzər və kəlamlarını araşdırdıqda, onun fəlsəfəsini iki qismə bölmək olar: “Əmr be məruf” (yaxşılığıa dəvət) və “nəhy əz münkər” (çirkinlikdən çəkindirmə) ünvanı ilə təşəkkül tapan əsas amillər və sürətləndirici amillər:

a) Əsas amillər (yaxşılığa dəvət və pislikdən çəkindirmə):

“Aşura”nın ən mühüm hədəf və fəlsəfəsi “əmr be məruf” (yaxşılığıa dəvət) və “nəhy əz münkər” (çirkinlikdən çəkindirmə) adlı vacib əməlin icrası idi. Çirkin əməllər içərisində fasid və zülmkar siyasi rejimin aradan qaldırılması bu hərəkatın ilkin və ən önəmli hədəfi sayılır. Əlbəttə, onun aradan qaldırılması Kufə əhalisinin yardımı ilə mümkün olacaqdı. Amma onların vafasızlığı ilə, yenə də bu hədəfin önəmliyini azaltmadı və imam Hüseyn (ə) və dostları canlarını qurban vermək və şəhadət yolunu seçməklə Yezidin xilafət məqamına və müsəlmanların rəhbərliyinə ləyaqətsizliyi, onun “şeytan”a itaəti və “rəhman Allah”a itaətsizliyi, zülmkar olması və müxtəlif fəsadların mənşəyinə çevrilməsinə dair kəlamlarını camaatın qulağına çatdırdı. İmam (ə) həqiqətdə Yezid rejimi və ümumiyyətlə, Əməvilər hakimiyyətinin məhvi ilə sonuclanan ilk mərhələnin əsasını qoydu və öz qəhrəmanlığı ilə Yezidin şəri-dini dayağını lərzəyə gətirib müsəlmanları vəhşət və qorxu, qəflət və nadanlıqdan çıxartdı:

1. Haqq rejimin bərpası: Təbii ki, imam Hüseynin (ə) Əməvilər hakimiyyətinin süqutundan sonrakı mərhələ üçün də proqramı vardı. O həzrət Süfyanilər rejiminin dağılması ilə Əhli-beyt (s) hökumətinin qurulmasını təklif verir və buyururdu: “Biz Əhli-beyt hakimiyyətə və camaatın rəhbərliyinə yalandan sahib olmadıqlarını iddia edənlərdən daha çox layiqik; onlar sizin aranızda zülm və zorakılıqla hökm sürürlər.” (“Tarixi-Təbəri”, 5-ci cild, səh.402; “Bərtərin hədəf və bərtərin nəhad”, tərcümə: Doktor Məhəmmədməhdi Cəfəri, səh.88-89.)

İmam Hüseynin (ə) təklif etdiyi hökumət proqramları və Əhli-beyt (ə) rəhbərliyinin səciyyələri zülmkar Əməvi rejiminin müqabilində idi; yəni ölkənin idarəsində zülmkar hakimin yerinə ədalətli bir rəhbərin keçməsi.

2. Dinin və onun dəyərlərinin dirçəldilməsi: Şeytana itaəti və Allaha itaətsizliyi adiləşdirən Yezid rejiminin müqabilində imam Hüseyn (ə) ilahi hökmlərin icrası, Allaha itaət və şeytan xəttinin və onun siyasətlərinin aradan qaldırılması ilə din və onun qanunlarının dirçəlməsini düşünür və öz inqilabını bu hədəf istiqamətində tənzimləmişdi.

3. İslahat proqramları: Yezid və ümumiyyətlə, Əməvilər, onların qohum-əqrəbası və həmfikirlilər aşkar şəkildə fəsadla məşğul olurdular. İmam Hüseyn (ə) öz inqilabının fəlsəfəsinin əsas maddələrindən biri kimi, fəsadın aradan qaldırılması, camaatın işlərinin sahmana salınması, onların iqtisadi, siyasi və mədəni fəsadlardan qorunması və bir sözlə, şərəfli və məqsədəuyğun həyatın təmin olunması üçün islahat fikrinə düşdü.

4. İlahi əhd-peymanların icrası: Allah-Taala peyğəmbərləri, xüsusən, onların ən şərəflisi olan sonuncu peyğəmbər həzrət Muhəmmədi (s) göndərməklə insanlardan əhd-peyman aldı ki, özləri ilə Allah arasındakı əlaqələrində ilahi tövhid və yeganəpərəstlikdən əl çəkməsinlər, başqalarını Ona ibadətdə şərik qoşmasınlar, camaat arasında insaf və ədalətlə rəftar etsinlər, hər növ zülmkarlıq, haqsızlıq, ədalətsizlik və ayrıseçkilikdən uzaq olsunlar.

5. İslam Peyğəmbərinin (s) sünnəsinin dirçəldilməsi: İslam Peyğəmbərinin (s) İslam ümmətinə rəhbərliyi və ilahi dinin təbliğatında aydın yolu və sünnəsi olsa da, təəssüf ki, o həzrətin vəfatından sonra bu sünnə tədricən unuduldu və Yezidin hakimiyyəti dönəmində ondan kiçik bir nişanə belə gözə çarpmırdı. Camaat da həmin sünnə və dəyərlərdən çox uzaqlaşmışdı. İmam Hüseyn (ə) İslam Peyğəmbərinin (s) övladı, elmi və dini canişini, böyük rəhbər və din alimi kimi həmin sünnəni dirçəltmək fikrinə düşdü və o həzrətin sünnə və məramının icrasını öz inqilabının fəlsəfəsi kimi tanıtdırdı.

6. İlahi qanunlar və cəza tədbirlərinin icrası: Yezidin hakimiyyəti zamanı ilahi qanunlar və cəza tədbirləri tətil olunmuşdu. İmam Hüseyn (ə) öz inqilabının hədəflərindən biri kimi, ilahi qanunlar və cəza tədbirlərinin icrasını qarşısına məqsəd qoymuşdu. Qurani-Kərimin buyurduğu kimi, “fil-qisasi həyatun” – “bəşəriyyətin həyatı cəza tədbirlərinin icrasından asılıdır” və əmin-amanlıq və təhlükəsizlik məhz cəza tədbirlərinin icrası sayəsində mümkündür.

7. İctimai ədalət: İmam Hüseyn (ə) varlı təbəqəyə üstünlüyü və “beytül-mal”ın (ümumi gəlir) bölüşdürülməsində ayrıseçkiliyi Yezid rejiminin fəsad və qaranlıq nöqtəsi bilirdi. Bu səbəbdən də, ədalətin bərpası, fasid təbəqələşmə rejimi, istismarsıçılıq və quldarlığın aradan qaldırılması “Aşura” inqilabının fəlsəfəsinin bir hissəsini təşkil edirdi.

8. Şəhadət mədəniyyətinin tanıtdırılması və genişlənməsi: Bir tərəfdən halalı haram, haramı isə halal bilmək, digər tərəfdən də, camaatı zülmkar hakim və hakimiyyətin kölgəsi altında yaşamağa adət etdirmək və hər bir şəraitdə ölümdən qorxmaq Yezid rejiminin xüsusiyyətlərindən bir hissəsini təşkil edirdi. İmam Hüseyn (ə) həyatının son anlarına qədər bu fəsad və çirkinliklərin aradan qaldırılması və onunla mübarizə aparmaq üçün şəhadət mədəniyyətinin genişlənməsinə təkid edirdi. O həzrətin qalan əhli-beyti də bu mədəniyyəti layiqincə təbliğ etdi və Kərbəla inqilabının fəlsəfəsini əziz tutdu. Yezidlə beyət bu hədəflərin heç biri ilə uzlaşmırdı. Onun rejiminin aradan qaldırılması və yaxud bu yolda şəhadət iftixarı imam Hüseynin (ə) ən mühüm hədəflərindən idi.

b) Sürətləndirici amillər:

1. Yezidin öz valisi Vəlid ibn Üqbəni imam Hüseydən (ə) beyət almağa dəvət etməsi Kərbəla inqilabının sürətini artıran və onun zamınını tezləşdirən amillərdən biri idi.

2. Kufəlilərin imam Hüseyni (ə) dəvət etməsi də ikincidərəcəli və sürətləndirici amillərdən sayılırdı. Çünki Müaviyənin hakimiyyəti dönəmində də Kufə əhalisinin dəvətindən söz gedirdi. Bu məsələ tədricən aşkar olundu və Mərvan ibn Həkəmin Müaviyəyə, onun da imam Hüseynə (ə) məktub yazmasına səbəb oldu. Əgər Kufə əhalisinin dəvəti təyinedici amillərdən olsaydı, o həzrət elə Müaviyənin dövründə qiyam edərdi. Lakin tarixdə göstərilir ki, inqilabın dini-şəri şəraitini hazırlayan Yezidin vəliəhdliyi və hakimiyyəti dönəmində imam Hüsüyn (ə) Kufə əhalisinə cavab olaraq Kufəyə doğru yola düşdü və həmin şərəhi öz inqilabının mərkəzi seçdi. Kufə əhalisinin inqilabın sürətlənməsi və onun məkanının təyin olunmasında rolu inkaredilməzdir. (“Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, 3-cü fəsil – Əhli-sünnə baxımından Kərbəla inqilabının fəlsəfəsi.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:39
06:59
12:25
18:04
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.