Bəqərə, 56. Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükür edəsiniz.

Həzrət Məhəmməd (s) buyurur:
“Ölümü çox yada salın, çünki ölümü xatırlamaq günahları yuyur və insanı dünyaya qarşı etinasız edir.”



İMAM HÜSEYNƏ (Ə) MƏXSUS FƏZİLƏTLƏR – HÜSEYN SEVGİSİ

Tarix : 07-10-2017 12:39

Şəhidlər sərvəri imam Hüseynin (ə) bir sıra xüsusiyyətləri vardır ki, məhz o həzrətə məxsusdur. Həmin xüsusiyyətlərdən biri də budur ki, imam Hüseynə (ə) sevgi və məhəbbətin hərarəti möminlərin qəlbində həmişəyaşardır. Bu özəlliyi və onun qiyamət gününə qədər yaşayacağını İslam Peyğəmbərinin dilindən eşidək. O həzrət buyurur:

اِنَّ لِقَتْلِ الْحُسَيْنِ (ع) حَرَارَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ لَا تَبْرَدُ اَبَدًا

“Möminlərin qəlblərində Hüseynin qətlinə görə bir hərarət vardır ki, heç vaxt soyumayacaq!” (“Xəsaisül-Hüseyniyyə”, səh.70; “Müstədrəkül-vəsail”, 10-cu cild, səh.318.)

اِنَّ لِلْحُسَيْنَ مَحَبَّةً مَكْنُونَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ

“Həqiqətən, möminlərin qəlblərində Hüseynə gizli məhəbbət vardır!” (“Xəsaisül-Hüseyniyyə”, səh.48.)

اِنَّ لِلْحُسَيْنِ فِي بَوَاطِنِ الْمُؤْمِنِينَ مَعْرِفَةً مَكْنُونَةً

“Həqiqətən, möminlərin qəlblərində Hüseynlə gizli tanışlıq vardır!” (“Biharul-ənvar”, c. 43, səh.43.)

Bütün məsumlar fəzilətdə – elm, qüdrət, şücaət, ilahi vəzifələrinin icrasında və s. xüsusiyyətlərdə bir-birinə bənzəyirlər. Necə ki, “Camieyi-Kəbirə” ziyarətində oxuyuruq:

وَأَنَّ أَرْوَاحَكُمْ وَنُورَكُمْ وَطِينَتَكُمْ وَاحِدَةٌ طَابَتْ وَطَهُرَتْ بَعْضُهَا مِنْ بَعْضٍ خَلَقَكُمُ اللَّهُ أَنْوَاراً فَجَعَلَكُمْ بِعَرْشِهِ مُحْدِقِينَ حَتَّى مَنَّ عَلَيْنَا بِكُمْ فَجَعَلَكُمْ فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ

“...Həqiqətən, sizin ruhlarınız, nurunuz və fitrətiniz vahid, pak-pakizə, təmiz və bir-birinin eynidir. Allah sizi parlaq nur xəlq etmişdir. Sonra Öz ərşi-əlası ətrafında dövr edən halda yerləşdirmişdir. Nəhayət, sizin vücudunuzla bizə minnət və haqq qoymuşdur. Allah sizi Öz adının zikr edilib ucaldılmasına izn verdiyi evlərdə yerləşdirmişdir...” (“Mən-la yəhzuruhul-fəqih”, 2-ci cild, səh.613.)

Həmin evlər ki, Allah-Taala Qurani-Kərimin “Nur” surəsinin 36-cı ayəsində onlardan söz açmışdır:

فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ

(Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir ki, orada səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər.”

Amma insanların imam Hüseynə (ə) eşq və məhəbbəti özünəməxsusdur. Hər il Məhərrəm ayında keçirilən əzadarlıq məclisləri, Nəcəfi-Əşrəfdən və digər məntəqələrdən Kərbəlaya doğru “Ərbəin yürüşü” bunun canlı nümunəsidir.

(Maide.az)



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:39
06:59
12:25
18:04
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.