Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız». ("Bəqərə" surəsi 35)

İmam Həsən (ə) buyurur:
“Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”



İMAM HƏSƏNİN (Ə) GÖZƏL ƏXLAQINDAN NÜMUNƏLƏR

Tarix : 27-11-2016 20:53

İmam Həsən (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bələdçi və bəşəriyyət simvollarından biridir. Bu haqda nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, bir neçəsi ilə kifayətlənirik:

O həzrətin ibadətdə parlaq siması bəşəriyyət tarixinə gözoxşayan bir gözəllik vermişdir. O həzrətin özü buyurmuşdur: “Allahın evinə piyada getmədiyim zaman Allahımla görüşməkdən həya edirəm.” Buna görə də, imam Həsənin 20-25 dəfə Mədinədən Məkkəyə – həccə piyada getmişdir.

O həzrətin diqqətə çarpan ən önəmli xüsusiyyətlərindən biri də, tarixçilərin dilində dastan olmuş xeyirxahlığı və comərdliyi idi. Bir rəvayətdə belə deyilir: “Bir nəfər o həzrətin hüzuruna gələrək möhtac olduğunu bildirir. İmam “ehtiyacını yazıb gətir” – deyə buyurur. O, yazıb gətirdikdə, ehtiyacından ikiqat artığını ona əta edərək razı salır.

Başqa bir rəvayətdə də: “İmam Həsən (ə) həyatda olduğu müddətdə iki dəfə bütün var-dövlətini başqalarına infaq etmiş və bağışlamışdır.” – deyə nəql edilir. (“Tarixi-xuləfa”, Süyuti, s.73.)

O həzrət xeyirli işlər üçün bütün malını sərf edərdi. Bu xislət o həzrətdə daha çox təcəlla etdiyi üçün kərəm və ehsan mədəni olan “Əhli-beytin Kərimi” (kəramətli və səxavətli) ləqəbini almışdır.

İmam Həsən (ə) insanların ehtiyaclarını ödəməyi və onların imdadına çatmağı çox xoşlayırdı. O həzrət Kəbəni təvaf edərkən bir şəxs ondan bir şey istəyir. İmam (ə) təvafını yarıda saxlayıb, onun istəyini yerinə yetirir. Təvafın savabı çox olsa da, insanların ehtiyaclarını ödəməyi, onlara əl tutmağı Allah-Taalanın nəzərində təvafı tamamlamaqdan üstün olduğunu buyurardı.

Bir dəfə imam Həsəndən (ə) “Nə üçün dilənçiləri bir dəfə də olsun əliboş geri qaytarmadın?” – deyə soruşulduqda, o həzrət belə cavab verir: “Mən də Allahdan diləyirəm. Özüm (Allah dərgahında) dilənçi ola-ola, dilənçini əliboş qaytarmaqdan utanıram. Allah mənə həmişə bol-bol nemətlər verir, mən də Onun nemətlərini insanlara paylayıram. Əgər adətimi tərk etsəm, qorxuram ki, O, da adətini tərk etsin!” (Peyğəmbər (s) və Əhli-beytin (ə) əxlaqı”, Ustad Baqir Şərif əl-Qürəşi, “imam Həsənin (ə) əxlaqı” bölümü.)

O həzrətin əxlaqi xüsusiyyətlərindən biri də, səbirli və yumşaqxasiyyətli olması, riya və özününümayişdən çəkinməsi idi. Bu haqda da bir çox hədislər nəql edilmişdir ki, biz burada onlardan sadəcə biri ilə kfayətlənirik:

Bir nəfər şamlı deyir: “Bir gün Mədinədə çox gözəl və yaraşıqlı simaya sahib olan, əyninə təmiz paltar geyinən və bəzədilmiş bir qatıra minən bir şəxsi gördüm. Kim olduğunu soruşduqda, “Həsən ibn Əli ibn Əbu Talibdir (ə)” – dedilər. Bu zaman qəzəb atəşi bütün bədənimi bürüdü və Əli ibn Əbu Talibin (ə) belə bir övlada sahib olduğuna qısqandım. Yanına gedib “Sən Əbu Talibin oğlusanmı?” – deyə soruşduqda, “Mən Əbu Talibin oğlunun oğluyam!” – deyə buyurdu. Elə həmin anda onu təhqir və söyüş yağışına tutdum. Bu sözlərimi bitirdikdən sonra, o, “Bu şəhərdə qəribəsənmi?” – deyə məndən soruşdu. Dedim: “Bəli, qəribəyəm.” Buyurdu: “Mənimlə gəl, əgər evin yoxdursa, qalmağa yer verər, pulun yoxdursa, kömək edər və ehtiyacını ödəyərəm.” Ayrılıq vaxtı yer üzündə o həzrətdən daha çox kimisə sevmədiyim duyğusu ilə ondan ayrıldım.” (“Əl-kamilu fi zuəfair-rical”, İbn Ədiy, c.3, s.1187.)

İslam nöqteyi-nəzərindən varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyırlar. Dərin mənəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmalıdırlar. İslam Peyğəmbəri (s) və dini rəhbərlər (imamlar) bu barədə təkcə sifariş deyil, həm də hər biri öz zamanında insansevərlik nümunəsi olmuşlar.

İmam Həsən (ə) elm, təqva, zahidlik və ibadətlə yanaşı, öz dövrünün səxavətli şəxsi, məzlumların və miskinlərin köməkçisi kimi tanınmışdır. O həzrətin vücudu dərdli ürəklərin, imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Qeyd etdiyimiz kimi, bir kasıb və dilənçi belə o həzrətin evindən əliboş geri qayıtmazdı. Qəlbi sınmış hər hansı bir şəxs dərdini İmama (ə) açıb söyləsəydi, İmam (ə) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən qabaq, İmam (ə) onun ehtiyacını ödəyər və ona utanmağa icazə verməzdi.

Rza Şükürlü

 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:06
06:26
12:34
18:54
23:54
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.