Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr bir-birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız. ("Bəqərə" surəsi 28)

Peyğəmbər (s) buyurub : «Әgәr qоnаq bir еvә dахil оlsа, еv sаhibinin günаhlаrı bаğışlаnаr.»




İMAM KAZİMİN (Ə) ƏXLAQ DƏRSLƏRİNDƏN BİR NÜMUNƏ

-- Allaha yaxınlaşmaq üçün...

Tarix : 11-04-2018 17:40

Əhli-beyt imamları (ə) məsum və pak insanlar olduqlarından, bəşəriyyətə pak həyatı tanıtdıran ən gözəl örnək və nümunələrdir. Həmin örnək və nümnunələrdən biri də Əhli-beytin bir üzvü və on dörd məsumun doqquzuncusu olan imam Museyi-Kazimdir (ə).

İmam Kazimdən (ə) bizə yadigar qalan kəlamların hər biri pak həyat tərzi üçün bir göstərişdir və onlara əməl etmək insani kamilliyə yetmək, Allaha yaxınlaşmaq üçün bir addımdır. Bu baxımdan, o həzrətin könüloxşayan əxlaq dərslərindən birini şərhi ilə birgə əziz oxucularımıza təqdim edirik:

Musa ibn Bəkr imam Kazimin (ə) belə buyurduğunu nəql edir:

مَنْ طَلَبَ هَذَا الرِّزْقَ مِنْ حِلِّهِ لِیَعُودَ بِهِ عَلَى نَفْسِهِ وَ عِیَالِهِ كَانَ كَالْمُجَاهِدِ فِی سَبِیلِ اللَّه‏

“Özü və ailəsini dolandırmaq üçün halal ruzi tələbində olan şəxsə Allah yolunda cihad edən şəxsin mükafatı verilər.” (“Kafi”, 5-ci cild, səh.93.)

Bu şərif hədisdə işlənən bənzətmədə iki mühüm məsələ diqqəti cəlb edir: biri halal ruzi qazanmağın əhəmiyyəti, digəri isə halal ruzi qazanmağın cihad qədər olduqca çətin bir iş olması.

Bir İslam camiəsi o zaman məhv və süquta uğramaqdan amanda qalar ki, həmin camiənin üzvləri düşmənlərlə mübarizə aparmaqdan yorulmasınlar. Düşmənlə mübarizə ən çətin iş olduğu kimi, halal ruzi qazanmaq da mübarizə qədər çətindir. Odur ki, halal ruzi qazanmaq üçün çalışmaq, çətinliklərə sinə gərmək lazımdır ki, pak və dini həyat büsatına sahib ola biləsən. Həmçinin halal ruzi qazanmaq üçün çalışmaq Allah yolunda cihad kimi bir ibadətə, onun mükafat və savabına bərabərdir. Elə bu səbəbdən də, imam Kazim (ə) halal ruzi qazanmağı Allah yolunda cihada bənzətmişdir.

(Maide.Az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:46
05:27
12:47
20:23
23:57
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

20-07-2018 09:33