Dedik: «Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar». ("Bəqərə" surəsi 38)

Həzrət Əli (ə) buyurur:
“Az tapılır ki, insan qarınqulu olduğu halda, xəstələnməsin.”



İMAM ZAMAN (Ə.C) VƏ BƏHREYN HÖKMDARININ ŞİƏLİYİ QƏBUL ETMƏSİ

-- (NAR ƏHVALATI)

Tarix : 28-11-2017 11:01

Hər bir cəmiyyətin öz təşkilatını qoruması və hədəflərinə çatması üçün cəmiyyəti düzgün idarə edə biləcək alim bir rəhbərə ehtiyaclıdır. Belə bir rəhbərin vücudu təşkilatın düzgün şəkildə formalaşması, qazanclarının qoruna bilməsi və gələcək proqramlarının dəqiq icrası üçün dayaq və zəmanət deməkdir. Dünyada yaşayan imam insanların içində olmasa da, düzgün yolu tanırdırır, səhvləri aradan qaldırır, ümumi çətinliklərlə bağlı həll yollarını göstərir və müxtəlif vasitələrlə əyri yollar barədə xəbərdarlıq verir.

İmam Zaman (ə) gözlərdən gizli olsa da, müqəddəs vücudu şiə məktəbinin qorunmasında böyük əhəmiyyət kəsb edir. O həzrət düşmənlərin müxtəlif qurğu və hiylələrindən tamamilə xəbərdar olmaqla şiələrin ideoloji sərhədlərini qoruyur, hiyləgər düşmən müxtəlif vasitə və alətlərlə insanların məktəb və etiqadlarını hədəfə aldığı zaman, alimləri və təqvalı insanları hidayət etməklə onun nüfuz yollarının bağlayır. Nümunə olaraq, imam Mehdinin (ə) Bəhreyn şiələrinə lütfü-nəzərini Əllamə Məclisinin dilindən nəql edirik:

“Keçmiş zamanlarda Bəhreynə Əhli-beytə düşmən olan bir şəxs hökmdarlıq edirdi. Onun vəziri də şiələrə düşmənlikdə ondan geri qalmır, zülm və haqsızlıqdan çəkinmirdi. Günlərin birində vəzir hökmdarın hüzuruna gəlib ona bir nar verir ki, onun qabığına belə yazılmışdı: “La ilahə illəllah, Muhəmmədur-rəsulullah. Əbu Bəkr, Ömər, Osman və Əli xuləfau Rəsulillah!” (Allahdan başqa (ibadətə layiq) bir məbud yoxdur. Muhəmməd Onun rəsuludur. Əbu Bəkr, Ömər, Osman və Əli Rəsulullahın xəlifələridir.) Hökmdar bunu görcək təccüblənərək vəzirə deyir: “Bu nar şiə məzhəbinin batil olduğuna aşkar dəlildir. Sənin Bəhreyn şiələri haqqında nəzərin nədir?” Vəzir deyir: “Məncə, bir məclis təşkil edib onları dəvət edək və bu narı onlara göstərək. Əgər qəbul etsələr, şiə məzhəbindən imtina edəcəklər, qəbul etmədikləri təqdirdə, üç şeydən birini seçməyə məcbur edərik: ya qənaətbəxş bir dəlil gətirər, ya “cizyə” verərlər, ya da kişilərini öldürər, uşaq-qadınlarını əsir və mallarına da qənimət götürərik.” (Cizyə – İslam hökumətinə sığınan qeyri-müsləmanlardan təhlükəsizliklərinin qorunması və İslam dövlətinin imkanlarından istifadə etmək məqsədilə alınan vergi.)

Hökmdar vəzirin təklifini qəbul edib şiə alimlərini məclisə dəvət edir. Narı onlara göstərib deyir: “Əgər bu məsələ ilə bağlı aşkar bir dəlil gətirməsəniz, sizi öldürəcək, uşaq və qadınlarınızı əsir götürəcəyəm, ya da ki “cizyə” ödəməlisiniz.” Şiə alimləri ondan üç gün möhlət istəyir və bir-birlərilə məsləhətləşdikdən sonra belə qərara gəlirlər ki, aralarından öncə on nəfər saleh və təqvalı adam, sonra isə həmin on nəfərdən də üçünü seçib, o üç nəfərdən birinə dedilər: “Sən bu axşam səhraya get və imam Zamana (ə) təvəssül et. O həzrətdən bizi bu müsibətdən qurtarmasını istə ki, o, bizim imam və sahibimizdir.”

Həmin saleh kişi deyilənləri olduğu kimi yerinə yetirsə də, İmamın ziyarətinə müvəffəq ola bilmir. İkinci gecə, ikinci saleh şəxsi göndərirlər, o da cavabsız geri dönür. Üçüncü gecə Məhəmməd ibn İsa adlı bir nəfəri göndərirlər. Məhəmməd səhraya tərəf yollanır. Ağlayıb-sızlayaraq İmamdan kömək istəyir. Gecənin sonunda bir nəfərin ona belə dediyini eşidir: “Ey Məhəmməd ibn İsa, səni bu halda görməyimə səbəb nədir? Niyə bura gəlibsən?” Məhəmməd ibn İsa onun başqa bir şəxs olduğunu düşünüb ondan onu özbaşına buraxmasını istəyir. O deyir: “Ey Məhəmməd, mən Sahibəz-Zamanam, istəyini de!” Məhəmməd ibn İsa deiy: “Əgər sən Sahibəz-Zamansansa, ehtiyacımı bilməlisən və deməyə ehtiyac yoxdur.” İmam deyir: “Bəli, doğru söyləyirsən. Sən, bir çətinliyə görə bura gəlibsən.” Məhəmməd ibn İsa deyir: “Bəli, siz bizim başımıza necə də böyük bir bəla gəldiyini yaxşı bilirsiniz. Bizim imamımız və sığınacağımız sizsiniz.” Həzrət buyurur: “Ey Məhəmməd, vəzirin (Allah ona lənət etsin) evinin qarşısında bir nar ağacı var. Nar ağacı yenicə bar gətirdiyi zaman, o, palçıqdan nar şəklində bir qəlib düzəldib, onu ikiyə bölür, içinə həmin sözələri yazır və sonra qəlibin içindəki kiçik narın üzərini bağlayır! Nar bu qəlibin içində böyüdükcə, yazılar da narın üzərində naxış bağlayır. Sabah hökmdarın yanına get və ona de: “Mən bu suala yalnız vəzirin evində cavab verə bilərəm” Vəzirin evinə çatdıqda, vəzirdən qabaq fılan otağa get və orada ağ bir parça görəcəksən. Palçıq qəlib onun içindədir. Onu götür və hökmdara göstər. Sonra hökmdara de: “Bizim digər möcüzəmiz də budur ki, narı ikiyə böldüyünüz zaman, içində tüstü və küldən başqa bir şey görməyəcəksəniz.”

Məhəmməd ibn İsa sevinc içrə dostlarının yanına qayıdır, birgə hökmdarın yanına gedirlər və imam Zamanın (ə) buyruqları üzə çıxır. Bəhreynin hökmdarı bu möcüzəni gördükdən sonra şiəliyi qəbul edir və hiyləgər vəzirinin öldürülməsini əmr edir. (“Biharul-ənvar”, 52-ci cild, səh.178.)

DİQQƏT: Məhəmməd ibn İsa İmamdan (ə.c): “Ağacan! Bizim bu üç gün ərzində nələr çəkdiyimizi gördüyünüz halda, nə üçün məhz üç gündən sonra dadımıza yetdiniz?” – deyə soruşduqda, İmam (ə.c) buyurdu: “Hökmdarın hüzurunda olarkən, üç gün möhlət istədiyinz üçün!”

Rza Şükürlü (Maide.az)



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:10
06:30
12:32
18:48
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

25-09-2018 16:29