"O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər."

"Bəqərə" surəsi, ayə 3

Həzrət Əli (ə) buyurur:
“Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.”



İNSANIN ƏN QATI DÜŞMƏNİ

Tarix : 02-08-2018 18:08

İnsnaın ən böyük düşməni olan nəfslə mübarizə, şübhəsiz ki, çətindir və ağır zəhmətlər tələb edir. Elə bu səbəbdən də, dini mətnlərimizdə “ən böyük cihad” adlandırılmışdır. Peyğəmbəri-Əkrəm (s) müharibələrin birindən qayıdarkən mübariz səhabələri haqda belə buyurmuşdur: 
 
مَرْحَباً بِقَوْمِ قَضَوُا الْجِهادَ الْاَصْغَرَ وَ بَقِيَ عَلَيْهِمُ الْجِهادُ الْاَكْبَرُ، فَقِيلَ: يا رَسُول اللهِ مَا الْجِهادُ الْاَكْبَرُ؟ قالَ: جِهادُ النَّفْسِ 
 
“Kiçik cihadı yerinə yetirən dəstəyə afərin! (Qarşıda isə hələ) onları böyük cihad gözləyir.” Soruşdular: “Böyük cihad hansıdır?”
 
Buyurdu: “Nəfslə mübarizə!” 
 
Digər bir hədisdə isə o həzrətin buyruğunun davamı belə verilmişdir: 
 
اِنَّ اَفْضَلَ الْجِهادِ مَنْ جاهَدَ نَفْسَهُ الَّتِي بَيْنَ جَنْبَيْهِ 
 
“Ən üstün cihad insanın daxilindəki nəfsi ilə mübarizəsidir.” (“Vəsailüş-şiə”, 11-ci cild, səh.123.) 
 
Nəfslə mübarizənin “böyük cihad” adlandırılması onun daimi olmasına görədir. Həm də bu daxili müharibə insan üçün xarici müharibədən təhlükəli və daha qorxuludur. Nəfslə mübarizə adlı böyük cihadda məğlubiyyət bədbəxtlik, adi müharibələrdə isə məğlubiyyətlə hətta “şəhidlik” kimi böyük iftixara çatmaq olur. Başqa sözlə, xarici düşmənlə mübarizədə həqiqi məğlubiyyət əsla olmadığı halda, nəfslə mübarizədə məğlubiyyət ehtimalı çoxdur. 
 
Sədi Şirazi “Gülüstan” əsərində yazır: “Bir arifdən soruşdular: “Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur ki, insanın ən qatı və təhlükəli düşməni öz nəfsidir.” Bu hədisin mənası nədir?” 
 
Arif dedi: “Sən öz düşməninə yaxşılıq etsən və yaxud düşməninin istəyini yerinə yetirsən, düşmənin dostuna çevrilər. Amma nəfsinə yaxşılıq və qulluq etdikcə, onun istəklərini yerinə yetirdikcə, səninlə düşmənçiliyi daha da artacaqdır.” 
Demək, nəfsi ram etmək və onun cilovunu ələ keçirmək üçün onunla mübarizə aparmaq əsas şərtdir. İmam Əlinin (ə) belə bir kəlamı var: “Sizin üçün nəfsinizi bəndəçiliyə və itaətə gətirməyin ən asan yolu günahları tərk etməkdir. Bu zaman siz nəfsinizə hakim kəsilə bilərsiniz.” (“Əxlaqi-əməli”, Ayətullah Məhdəvikəni, sən.219.) 
(Maide.az)
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:23
05:53
12:45
19:51
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

17-08-2018 18:37