Bəqərə, 50. Və (yadınıza salın) o zaman(ı) ki, dənizi sizin üçün yardıq, beləliklə, sizə nicat verdik və siz baxa-baxa fironçuları (suda) batıraraq boğduq.

Həzrət Əli (ə) buyurur:
“Ən güclü günah şəhvətə tabeçilikdir. Ona itaət etməyin, yoxsa düşüncənizi Allahdan uzaqlaşdırar.”



İslam dünyasına dördüncü müəllim lazımdır

Tarih : 05-10-2015 21:01

“Gözlərimi daha artıq yuxarı zillədiyim zaman müşahidə etdim “Müəllim” onları ki, tanıyırlar, fəlsəfənin onun üçün yaratdığı şagirdlərinin arasında oturmuşdu.” (Dante-İlahi komediya-cəhənnəm). 
 
Qədim zamanlardan bəri Ərəstunu ilk Farabini isə ikinci müəllim kimi tanıyırlar. Mötəbər islam mənbələrində yeddi və səkkizinci əsrlərdən bu tərəfə Farabi ikinci  Ərəstusa birinci müəllim kimi təqdim olunmuşdur. Bu adların müəllim olaraq tanıtdırılması şöhrətin son zirvələrinə qədər yüksəlib. Heç zaman heç kəs soruşmayıb ki, niyə platon deyil Aristotel yaxud niyə Kindi deyil Farabi müəllim adına layiq görüldü?! Umumiyyətlə görəsən qədim zamanlarda müəllim kimlərə deyilirdi və niyə Ərəstu və Farabinin ustadları bu adlarla məşhurlaşmadı lakin özləri müəllim adıyla təltif edildilər.  Araşdırmaların nəticəsi olaraq demək olar ki, bu kəlmənin Ərəstu və Farabi barəsində istifadə edilməsi əsasən müsəlman alimləri tərəfdən olmuşdur. Müsəlman dünyasının müəllim kəlməsindən qəsd etdiyi məna çox dərin, ilginc həmçinin müasir zamanda çoxlu ictimai və mənəvi sıxıntıların qarşısın almaq iqtidarındadır. Qəyd etmək lazımdır ki, Ərəstunu müsəlman fəlsəfəçiləri müəllim adlandırmışdılar yunanlılar deyil. Ama sonralar bu fikir islam dünyasından qərb torpaqlarına sirayət etdi. Buda öz növbəsində müsəlman mütəfəkkirlərinin qerb məmləkətlərindəki təsirinin göstəricisidir. Qərbin ədib və mütəfəkkirləri islam fəlsəfəçilərindən təqlid edərək Ərəstunu müəllim adlandırmağa başladılar. Məqalənin əvvəlində Dantedən gətirilmiş sitad bunun göstəricisidir. 
  Müəllim sözünü anlamaq, həmçinin Farabinin niyə ikinci müəllim adlandırılmasını başa düşmək üçün Islamın qədim və yeni fəlsəfi ədəbiyatına müraciət edərkən rastlaşdığımız müxtəlif fikirlərli dörd qurupda əziz oxucularımıza təqdim edirik:
 
1. Hollandiyalı məşhur tədqiqatçı Deybor və Misirli müasir yazıçı Muhəmməd Lətif Cüməyə görə Ərəstudan sonra gələn fəlsəfəçilər arasında Farabinin ən savadlı və Ərəstu yazılarının ən böyük izahçısı olduğuna görə Farabiyə ikinci müəllim dedilər. Fəlsəfi incəlikləri nəzərə alarkən bu nəzəriyyənin  böyük iradlarını müşahidə edirik. Birincisi bu nəzəriyyədə Ərəstunun özünün niyə müəllim adlandırılması aydınlaşdırılmır. Ikincisi əgər sırf Ərəstunu şərh etdiyinə və böyük fəlsəfəçi olduğuna görə Farabiyə ikinci müəllim deyirlərsə bəs niyə ibni Rüşd və ibni Sinaya müəllim deyilmir?! Bir halda ki, tarixdə Ərəstunun ən böyük izahçısı ibni Rüşd, ən Böyük davamçısı isə ibni Sinadır. 
 
2. Bir qurup tədqiqatçılar Farabinin məntiq elmində mahir və incə düşüncəli olduğuna görə Onun ikinci müəllim adlandırıldığını düşünürlər. ibni Xəldun özünün məşhur müqəddiməsində yazır ki, Ərəstununda müəllim adlandırılmasının səbəbi onun suri məntiqin yaradıcısı olmasıdır. Düzdür müəllim adlandırmaq məntiq elmi ilə əlaqəlidir. Lakin Farabidən əvvəl və sonra məntiq bilənlər və bu sahədə nəzər sahibi olanlar müəllim adlanmayıblar. 
 
3. Yenə bir qurup mütəfəkkirlər Farabinin müəllim adlandırılmasının səbəbini Onun fəlsəfi məktəb yaradıcısı olmasında görürlər. bunlara görə Farabi ilk müsəlman filosofu və fəlsəfi bir məktəbin yaradıcısı olduğu üçün Ona müəllim deyilir. Farabinin islam fəlsəfəsindəki rolu və Onun zəkası danılmazdır ama bu nəzəriyyə tam doğru deyildir. Çünki islam tarixində Farabidən qabaq məşhur müsəlman fəlsəfəçisi Kindi yaşayıb. Həmçinin Farabi kimi Söhrəvərdi də fəlsəfi məktəb sahibi olub. Nə Kindi nədə Söhrəvərdi Müəllim adlandırılmayıblar. 
 
4. Bu qurup tədqiqatçılar böyük islam alimləri keçmişlərdən Haci Xəlifə müasirlərdənsə Ziya Ülkən kimi şəxslərdir. Bunlara görə Ərəstunun əsərinə birinci təlim və özünə ilk müəllim deyildiyinə görə Farabinində əsərinə ikinci təlim və özünə ikinci müəllim deyilir. Burda belə bir sual qarşıya çıxır umumiyətlə nə üçün Ərəstunun əsərinə ilk təlim adı verildi? Həmçinin niyə Mir Damada 3 cü müəllim deyilir? Mir Damadın ki, üçüncü təlim adlı əsəri yoxdur. Bütün bu sualları nəzərə alarkən dördüncü nəzəzriyyənində kifayətsizliyinin şahidi oluruq. Qeyd etmək lazımdır ki, reyhanətul ədəb əsərinin müəllifi mütərcim təbrizidə bu nəzəriyyənin tərəfdarlarındandır. 
 
Müasir tədqiqatçılarsa mövzuya daha fərqli və geniş prizmadan  yanaşırlar. Düzdür Ərəstu ilk Yunan filosofu deyil. Ama Ərəstu elmlərin şaxələrinin arasında olan vəhdəti və yeknəvaxtlığı öz məntiqində irəli sürən ilk şəxsdir. Islam fəlsəfəçiləri arasında Ərəstunun bu yolunu davam etdirən ilk filosf Kindidir. Dahi Kindinin bu haqda Əqsamul ulum adlı əsəridə mövcuddur. Lakin kindinin atdığı bu addım və yazdığı bu əsəsr nə inki dünyada hətta islam dünyasında belə böyük rəğbət qazana bilmədi. zaman keçdikcə tarixin unudulmuş səhifələri sırasında yerləşdirildi. 
Farabiyə gəldikdəsə demək lazımdır ki, O müsəlman məntiqçilərinin atasıdır. Farabi elmlər və elmin şöbələri arasında vahid yol və rəviş yaradan ilk şəxsdir. Farabinin elmlərin bölgüsündə yazdığı İhsaul ulum əsəri nə inki islam dünyasında bəkə qərb universitetlərində belə tədris olunan ən reytinqli əsərlərdən biridir. Bu kitab zaman zaman islam alimləri üçün örnəkə çevrildi. Bu dəyərli əsəsrin vasitəsiylə müsəlman alimləri elmləri tənzimləmək, elmlərin təqsimi və nəticədə elm və iman, fəlsəfə və din arasında uyğunluq yaradatmağı bacardılar. Farabinin başlatdığı bu yolu sonralar ibni Sina, Əxəvan Səfa, Xacə Nəsrəddin Tusi və molla Sədra kimi şəxslər davam etdirdilər. Farabi elmlərin şöbələrini bir budaq bilərək bu budaqların hamısının kökünün sonda gəlib tohid adlı bir kötükdən şaxələndiyini isbat etməyə çalışır. Yəni Farabi ilk öncə elmlər arasında olan təzadları aradan qaldırir və elmlərin bütün şöbələrinin bir biriylə tohid ahəngi altında rəqs etdiyini isbat edir. Necəki Ərəstuda elmlərin təqsimindən danışmışdı və Onun yazıları Farabi üçün böyük rolu oynamışdı. Farabinin başqa fəlsəfəçilərdən ayıran və sonda Onu müəllim adıyla ödülləndirən digər səbəbsə Onun islam maarifini qorumasıdır. Farabinin yaşadığı zamanda tərcümə vasitəsiylə əcnəbi məmləkətlərdən yeni şaxələnmiş elm şöbələri islam maarifini təhdid etməyə başlamışdı. Farabi özünə məxsus incəliklərlə bu elmlərin islam ədəbiyatına qarışmasının və nəticədə müsəlman dünyasının intelektual sıxıntılarının qarşısını aldı. Bütün bunları nəzərə alaraq demək olar ki, Farabinin islam dünyası üçün etdiklərinin yunan fəlsəfəçisi dahi Ərəstudan qayanqlandığına görə müsəlman dünyası bu iki dahiyə Onlara layiq olacaq bir ad verməli idilər. Məhs bu səbəbdən islam dünyası fövqəl bəşəri istedada malik olan bu iki dühaya  “müəllim” adını verdilər. 
Bu dahilərdən sonra yaşanan islamın mədəniyyət tarixidə bu nəzəriyyənin təsdiqçisidir. Səfəvilər zamanına qədər yeni elm şaxələrinin çoxalmasına baxmayaraq kimsə müəllim adına layiq görülmədi. Səfəvi hakimiyyəti zamanında isə islam düşmənləri tərəfindən neçə illərdi unutdurlmaq istənilən həqiqi islam maarifi çiçəklənməyə başladı. Dahi fəlsəfəçi Mir Muhəmməd Baqir Damad  Yeni yaranmış əlverişli vəziyətdən istifadə edərək fəlsəfə və əqli elimlərə yenidən həyat vermək üçün “isfahan məktəbi” ni yaratdı. Bəşərin təfəkkür tarixində dönüş yarada biləcək Bu böyük addımdan sonra islam dünyası Mir Damadı “üçüncü müəllim” adıyla təltif etdilər. Mir Damad öz əsərlərində ibni Sinanı “şərikuna fir-riyasət” bizim riyasətdə şərikimiz, Ərəstunusa “şərikuna fit-təlim” bizim təlimdə şərikimiz diyə yad edir. 
Artıq neçə əsrlərdir ki, islamın bütün maarif, fəlsəfə və təfəkkür sərhədlərini bir birindən təcziyə edərək qoruya biləcək, və bu sahələrdə dönüş yarada biləcək yeni bir müəllim boşluğu hiss olunur. Xususiylə yaşadığımız zamanda tohdi dərindən anlayan və islam şünas olaraq ən gözəl mədəniyyətin islamda olduğunu anlayıb anlata bilən müəllimlər lazımdır islam məmləkətlərində. Bu gün çox kiçik və incə fərqlərlə islamda olmayan fikirləri islam adıyla islam məmləkətlərində təbliğ edən insanlar, sosial şəbəkələr və sair mövcuddur. Bu gün islamın təfəkkür sahəsinin keçmişdəkindən daha çox Farabilərə ehtiyacı vardır. Axı məhs bu gün texnologiya əsridir. Məhs bu gün hər kəsin əlininin altında olan sosial şəbəkələr vasitəsiylə islam düşüncəsi adı altında müsəlman gəncliyinə xəyanət olunur.   Bəlkədə bu yoxluq zaman keçdikcə elmlərin şöbə və şaxələrinin daha çox artmasından qaynaqlanır. Indi bir şəxsin bu qədər zənginləşmiş elm və maarifə sahib olması bəlkədə bəzən imkansız görünə bilir.  
Keçmişdə müəllim bütün ixtisasları dərindən bilən və onları qoruyana deyirdilər. zaman keçdikcə bu dairə kiçilərək bir ixtisasi bilib, qoruyub və tədris edenlərədə müəllim dedilər. indisə takım əlbisə ilə hündür maşından düşən hər kəsə müəllim deyilir. 
Sonda ona deyilən Müəllim adına layiq olan bütün müəllimləri təbrik edirəm. 

Şərhlər

Yazarın digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:39
06:59
12:25
18:04
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.