Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr bir-birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız. ("Bəqərə" surəsi 28)

Həzrət Məhəmməd (s) buyurur:
“Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.”



İSLAM PEYĞƏMBƏRİNİN (S) BİR AYƏDƏ DÖRD XÜSUSİYYƏTİ

-- “Tövbə” surəsinin 128-ci ayəsində...

Tarix : 05-12-2017 16:38

Allah-Taala Qurani-Kərimin “Tövbə” surəsinin 128-ci ayəsində İslam Peyğəmbərinin (s) dörd xüsusiyyətindən söz açaraq buyurur:

لَقَدْ جَاءكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَّحِيمٌ

“Həqiqətən, sizə özünüzdən olan bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir. O, sizin hidayətiniz üçün can yandırır və möminlərə şəfqətli mehribandır.”

1. لَقَدْ جَاءكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ – “Həqiqətən, sizə özünüzdən olan bir peyğəmbər gəldi.” Peyğəmbəri-Əkrəm (s) də bizim kimi bir insandır, mələk deyil, maddi və mənəvi yönlərə sahibdir və xalq arasından çıxmışdır. Əlbəttə, əqli şəhvətinə qalib gələn insanın mələkdən üstün olması rəvayətlərdə bildirilmişdir.

2. عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ – “Sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir.” Peyğəmbəri-Əkrəm (s) öz ümmətinin dərdini-qəmini çəkir, çətinliklər zamanı xalqın həmdərdi, qəmxarı və yoldaşıdır.

3.حَرِيصٌ عَلَيْكُم  – “O, sizin hidayətiniz üçün can yandırır.” Allahın Rəsulu (s) xalqın hidayət və tərbiyəsinə çox hərisdir, onların iman gətirməsi, kamala çatmasını çox istəyir və hətta bu məsələdə o qədər can yandırır ki, Allah-Taala “Kəhf” surəsinin 6-cı ayəsində o həzrətə xitabən buyurur:

فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلَى آثَارِهِمْ إِنْ لَمْ يُؤْمِنُوا بِهَذَا الْحَدِيثِ أَسَفًا

(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!

4.  بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَّحِيمٌ– “Möminlərə şəfqətli mehribandır.” O həzrət Allaha iman gətirən və vilayət çətirinin kölgəsində dayanan hər bir kəsə qarşı mərhəmətli və mehriban, kafirlərə qarşı isə şiddətli, sərt və tünddür. Necə ki, “Fəth” surəsinin 29-cu ayəsində buyururlur:

مُّحَمَّدٌ رَّسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ أَشِدَّاء عَلَى الْكُفَّارِ رُحَمَاء بَيْنَهُمْ

“Muhəmməd (s) Allahın rəsuludur. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər.”

(Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
06:11
07:32
12:55
18:32
00:14
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

17-02-2018 23:08