Onların hekayəti (qaranlıq gecədə geniş bir çöldə) od yandıran şəxsin hekayətinə bənzəyir. Beləliklə, (od) onun ətrafını işıqlandıran kimi, Allah (odu söndürməklə) onların nurunu aradan aparar və onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar.
Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar. ("Bəqərə" surəsi 17-18)

Həzrət Məhəmməd (s) buyurur:
“Ən güclü insan xalqa qalib gələn yox, nəfsinə qalib gələndir.”



Şəri-dini suallara cavablar - SUAL 58

Namazın əhəmiyyəti və faydaları haqda

Tarix : 07-07-2017 17:23

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 

 

 

NAMAZIN HÖKMLƏRİ

SUAL 58: Namazın əhəmiyyəti və faydaları haqda məlumat verməyinizi xahiş edirik?

Allah-Taala Qurani-Kərimin “Taha” surəsinin 14-cü ayəsində buyurur:

أَقِمِ الصَّلاةَ لِذِكرِى

“Məni yad etmək üçün namazı bərpa et!”

Namaz yalnız İslam şəriətinə məxsus deyil, keçmiş dinlərdə də bu ibadət müxtəlif şəkillərdə icra olunurmuş. İmam Sadiqin (ə) buyruğuna əsasən, namaz hər bir peyğəmbərin ən mühüm tövsiyəsi olmuşdur. O həzrət buyurmuşdur:

اَحَبُّ الاعمالِ اِلَى اللّهِ عَزَّ وَجَلَّ الصَّلاةُ وَ هِىَ آخِرُ وَصايا الانبِياء

“Allah dərgahında ən sevimli əməl namazdır və o, peyğəmbərlərin son vəsiyyətidir.” (“Kafi”, 3-cü cild.)

Namaz insanla Allah arasında rabitədir. Namaz ruhu cilalayır, qəlbi paklayır, insanda təqva ruhu yaradır, insanı tərbiyələndirir və günahlardan çəkindirir. Rəvayatlərə əsasən, namaz Allah dərgahında qəbul olunarsa, digər ibadətlər də qəbul olunar. Əgər namaz qəbul olunmazsa, digər ibadətlər də qəbul olunmaz. Həmçinin rəvayatlərdə göstərilir ki, beş vaxt namazını yerinə yetirən şəxs gündə beş dəfə yuyunub çirkabdan təmizlənən şəxs kimi günahlardan təmizlənər. Namaz dinin sütunudur. Ayə və rəvayatlərdə, Peyğəmbər (s) və məsum imamların kəlamlarında cidi tövsiyə olunmuş əməllərdəndir. Buna görə də, namazı tərk etmək “kəbirə” (böyük) günahlardan sayılır. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Namaza əhəmiyyət verməyən və onu yüngül sayan axirət əzabına layiqdir.”

Yaxşı olar ki, insan namazını yubatmadan, ilk vaxtda qılsın. Namaza ciddi əhəmiyyət vermək, onu aram qılmaq lazımdır. Namazın ruhu qəlbin iştirakıdır. namazını sоn dərəcədə diqqətlə, vüqarla, “хüzu” və “хuşu” ilə qılmalı, cismi və qəlbi müti olmalıdır. Kiminlə danışdığı və Kimin hüzurunda dayandığını nəzərdən qaçırmamalı, özünü Allahın əzəmət və böyüklüyü qarşısında kiçik saymalıdır.

Namazdan öncə günahları xatırlayıb tövbə etməli, həsəd, təkəbbür, qeybət, haram qida, хüms və zəkatdan boyun qaçırmaq kimi namazın qəbuluna mane оlan işlərdən çəkinməli, ümumiyyətlə, namazı dəyərdən salan, qəlbin iştirakına mane olan işlərdən də pəhriz edilməlidir. Məsələn, yuxulu vəziyyətdə, ayaqyolu ehtiyaclarını saxlamış halda, səs-küy içində, insanın diqqətini cəlb edən mənzərələr qarşısında namaz qılmaqdan çəkinmək lazımdır. Pak libas, saçların səliqəsi, dişlərin fırçalanması, ətirlənmək, əqiq üzük taxmaq kimi savablı işlərə diqqət yetirmək də tövsiyə olunur.

Namazın bir sıra bərəkət və faydalrı vardır, o cümlədən:

1. Allah zikrinin yaşanması;

أَقِمِ الصَّلاةَ لِذِكرِى

“Məni yad etmək üçün namazı bərpa et!” (“Taha” surəsi, ayə 14.)

2. Qəlb və daxili aləmin aramlığa yetməsi;

أَلا بِذِكرِ اللّهِ تَطمَئِنُّ القُلُوبُ

“Agah olun ki, qəlblər  yalnız Allahı zikr etməklə aram tapır!” (“Rəd” surəsi, ayə 28.)

3. Günah və çirklinliklərdən qoruyan ən gözəl amildir;

إِنَّ الصَّلاةَ تَنهى عَنِ الفَحشاءِ وَ المُنكَرِ

Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirir.” (“Ənkəbut” surəsi, ayə 45.)

4. Təqvalı olmaq üçün ən gözəl vasitədir:

يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqvalı olasınız!” (“Bəqərə” surəsi, ayə 21.)

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!

 


Teqlər : Şəri-dini - suallara - cavablar - - - SUAL - 58 -

Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:06
06:26
12:34
18:54
23:54
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.