Həqiqətən, Biz Musaya (səma) kitab(ı) verdik və ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik. Bəs nə üçün hansısa bir peyğəmbər sizə ürəyinizə yatmayan bir şey gətirəndə təkəbbür göstərdiniz, bir dəstəni təkzib edir, bir dəstəni isə öldürürdünüz?! (Bəqərə, 87)

İmam Həsən (ə) buyurur:
“Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.”



Şəri-dini suallara cavablar - SUAL 89

-- Qüsl əvəzinə təyəmmüm etdikdən sonra dəstəmaz əvəzinə də təyəmmüm etmək lazmdırmı?

Tarix : 08-02-2018 18:28

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
TƏYƏMMÜMÜN HÖKMLƏRİ

SUAL 89: Qüsl əvəzinə təyəmmüm etdikdən sonra dəstəmaz əvəzinə də təyəmmüm etmək lazmdırmı?

Mərcəi-təqlidlərin rəyi (Ayətullah Sistani, Ayətullah Məkarim, Ayətullah Nuri və Ayətullah Vəhiddən başqa): “Cənabət qüslü əvəzinə edilən təyəmmümdən sonra namaz qılmaq üçün dəstəmaz almaq və yaxud dəstəmaz əvəzinə təyəmmüm etmək lazım deyil. Amma digər qüsllər əvəzinə edilən təyəmmümdən sonra namaz qılmaq üçün dəstəmaz almaq və yaxud dəstəmaz əvəzinə təyəmmüm etmək də lazımdır.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 723; Ayətullah Xameneinin dəftərxanasından sorğu.)

Ayətullah Sistani, Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani və Ayətullah Vəhid Xorasani: “İstər cənabət qüslü, istərsə də digər qüsllər (“orta istihazə” qüslündən başqa) əvəzinə edilən təyəmmümdən sonra namaz qılmaq üçün dəstəmaz almaq və yaxud dəstəmaz əvəzinə təyəmmüm etmək lazım deyil, amma yaxşı olar (ehtiyat-müstəhəbdir) ki, dəstəmaz alınsın və yaxud dəstəmaz əvəzinə təyəmmüm edilsin.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, Ayətullah Sistani və Ayətullah Məkarim, məsələ 723; “Tozihul-məsail”, Ayətullah Nuri, məsələ 730; “Tozihul-məsail”, Ayətullah Vəhid, məsələ 724.)

 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
06:06
07:27
12:54
18:37
00:14
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

21-02-2018 05:22