Bəqərə, 66. Beləliklə, Biz o cəzanı (həmin dövrdə) olanlar və sonrakı nəsillər üçün ibrətamiz bir cəza və təqvalılar üçün öyüd-nəsihət etdik.

İmam Sadiq (ə) buyurur:
“Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”



Şeyx Sərdar Hacıhəsənli: İnsanlara əxlaqı təbliğ etdiyim üçün həbs edilmişəm - FOTO

-- əxlaqsızlığı təbliğ etsəydim...

Tarix : 13-02-2018 13:30

Bu gün  Ali Məhkəmədə  Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayəti  üzrə məhkəmə baş tutub.
 
Maide.Az xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdar Hacıhəsənli, vəkil Cavad Cavadov, həmçinin media nümayəndələri, ictimai-siyasi xadimlər iştirak edib. 
 
Vəkil Cavad Cavadovun qaldırdığı vəsatətlərin heç biri məhkəmə tərəfindən təmin olunmayıb. Prosesdə Hacı Sərdar çıxış edərək günahsız olduğunu və həbsdə saxlanmasının hüquqa zidd olduğunu vurğulayıb.
 
"Həbs edildiyimdən bu günə qədər keçirilən bütün məhkəmə proseslərində  vəkillərin tərəfindən verilən haqlı  vəsatətlərin  heç biri təmin edilməyib. İstintaq orqanından  həbsimin səbəbini soruşduqda mənə dedilər ki, cümə namazı qıldığım və xütbə söylədiyimə görə həbs edilmişəm.  Əvvəlkilər kimi bu məhkəmədən də xüsusi bir gözləntim yoxdur. Çünki, həbs edilməyimin səbəbini hələ də başa düşə bilmirəm. Gah cümə namazı, gah xütbə, gah da xaricdə oxuduğumu əsas gətiriblər. Yəqin ki, İslam əxlaqını deyil, ateistliyi, bütpərəstliyi  yaxud  əxlaqsızlığı təbliğ etsəydim bəlkə də məni həbs etməyəcəkdilər.”

Şeyx Sərdar Hacıhəsənli istintaq və məhkəmə proseslərinin hüquq normalarına uyğun aparılmadığını vurğulayıb. “Təsəvvür edin məhkəmədə şahidlərin dediyi ilə istintaqa verdiyi ifadələr  bir-birini təkzib edir.  Ancaq məhkəmə bunu nəinki nəzərə almır, hətta şahidlərə istiqamət verməkdən belə çəkinmir”.

Qeyd edək ki, Hakim Şeyx Sərdarın çıxışını yarımçıq kəsib.

Müşavirədən sonra hakim Şirvan Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
 
Xatırladaq ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə)  üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilmişdi.
 

 

 

 

 

 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
06:06
07:27
12:54
18:37
00:14
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

21-02-2018 05:08