Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız». ("Bəqərə" surəsi 35)

Həzrət Məhəmməd (s) buyurur:
“Ən güclü insan xalqa qalib gələn yox, nəfsinə qalib gələndir.”



ƏBUZƏR QƏFFARİNİN HƏYATINA QISA BİR BAXIŞ

-- 17 avqust - 5 zilhiccə - Həzrət Əbuzər Qəffarinin vəfat günüdür

Tarix : 17-08-2018 07:27

İslam Peyğəmbərinin (s) böyük səhabə və dostlarından olan Əbuzər Qəffari “Qəffar” qəbiləsindən olub, adı Cündəb, atasının adı Cünadə, anasının adı isə Rəmlədir. O, İslam dinini qəbul edən dördüncü və ya beşinci kəsdir. İslam Peyğəmbəri (s) onu həmişə “ümmətin düzdanışanı” adlandırır, paklıq və zahidlikdə İsa peyğəmbərə bənzədirdi.

Əbuzər ağac və daşdan yonulmuş bütlərə əsla pərəstiş etmədi. Buna görə də, öz qəbiləsi arasında danlanır və qınanırdı. O isə qəbiləsinin qınaq və danlağından qorxmur, bütpərəstlərin və zülmkarların hədə-qorxusundan çəkinmirdi. O, İslam Peyğəmbərinin (s) peyğəmbərliyinin ilk çağlarında öz qəbiləsi arasında bütpərəstliklə aşkar şəkildə mübarizə aparırdı. Onun bütpərəstliklə mübarizəsi İbrahim peyğəmbərin sərgüzəştini xatırlayırdı. O, İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi və o həzrətin yeganə Allaha etiqad bəslədiyini eşitdikdə çox sevindi. Qardaşı Ənis Məkkədən İslam Peyğəmbərinin (s) risaləti və İslama dəvəti ilə bağlı yeni xəbərlər gətirdikdə, tez bir zamanda Məkkəyə doğru üz tutub özünü İslam Peyğəmbərinə (s) yetirəcəyini qərar verdi.

Əbuzər Məkkədə üç gün Əmirəlmöminin Əlinin (ə) qonağı oldu. Məkkəyə gəlişinin səbəbini o həzrətə açıqladı və nəhayət, o həzrətlə birgə İslam Peyğəmbərinin (s) görüşünə gedib, Allahın yeganəliyi, o həzrətin risalət və peyğəmbərliyinə şəhadət verdi. Bir müddətdən sonra Peyğəmbər (s) Əbuzəri öz qəbiləsini İslam dininə dəvət etmək üçün məmur etdi və onun təbliğatı nəticəsində “Qəffar” qəbiləsinin rəisi Xəffaf da müsəlmanlar sırasına qatıldı.

Peyğəmbər (s) dünyadan getdikdən sonra, Əbuzər öz əhdinə sadiq qaldı, imam Əlinin (ə) imamətinin müdafiəsində dayandı, bu yolda bütün çətinliklərə sinə gərdi, xilafəti qəsb edənlərlə mübarizəni bir an belə dayandırmadı.

Əbu Bəkr “xilafət kürsüsü”nü ələ keçirdikdə, İslam Peyğəmbərinin (s) on iki səhabəsi bu məsələyə etiraz edərək deyirdi: “Ey camaat! Yaxşı bilirsiniz ki, Peyğəmbər (s) buyurub: “Xilafət məndən sonra Əliyə (ə) məxsusdur.” Əbuzər uca səslə deyirdi: “Ey Qüreyş tayfası! Siz böyük bir xətaya yol verdiniz, Peyğəmbərin (s) kəlamına əməl etmədiniz. Peyğəmbərdən (s) özüm eşitmişəm ki, belə buyurub: “Məndən sonra xəlifə Əli ibn Əbu Talib (ə), ondan sonra oğullarım Həsən (ə) və Hüseyndir (ə), onlardan sonra isə, xilafət mənim övladlarım və nəslmə çatacaqdır.” Siz isə Peyğəmbərin (s) buyruqlarına arxa çevirdiniz, onunla əhd-peymanı unutdunuz.”

Bəli, imanı zəif olan səhabələr Peyğəmbərdən (s) sonra rahat həyata üz tutsalar da, Əbuzər Peyğəmbərin (s) dövründə olduğu kimi, zülm və haqsızlıqla mübarizə yolunu seçdi, ədalətin müdafiəsindən yorulmadı. Peyğəmbərdən (s) sonra “Səqifə” hadisəsinə etiraz dalğası səngidikdə, Əbuzər keçmiş mövqeyindən dönmədi, mübarizədən əl çəkmədi.

Osmanın hakimiyyəti dönəmində bütün dini təlimlərin ayaq altına atıldığını, ədalətsizliyin baş alıb getdiyini və “beytül-mal”ın Osmanın qohum-əqrəbası arasında bölüşdürüldüyünü görən Əbuzər dözə bilməyib aşkar şəkildə Osman və onun xilafətini tənqid atəşinə tutdu. Buna görə də, Osmanın əmri ilə sürgün edildi.

Əbuzər Şama sürgün edildikdən sonra, yenə camaatı Əhli-beytə (ə) itaətə dəvət edir, Osmanın hakimiyyətinə etirazdan əl çəkmir və insanlara haqq yolu göstərirdi. Nəhayət, xəbərçilər onun fəaliyyəti ilə bağlı xəbərləri Şamın hakimi Müaviyəyə çatdırdıqda, Müaviyə Osmana bir məktub yazır: “Əgər Şam əhalisinin himayəsinə ehtiyac duyursansa, Əbuzəri öz yanına apar, yoxsa camaatı sənin əleyhinə qaldıracaq.” Osman da bir məkrub yazaraq, Əbuzərin çulsuz dəvə üstündə Mədinəyə qaytarılmasını əmr etdi.

Əbuzər Şamdan qayıtdıqdan sonra, yenə Osmanın ədalətsiz hakimiyyətinə etirazlarından əl çəkmədi və buna görə də, həyat yoldaşı və iki övladı (bir qız və bir oğlu) ilə birlikdə Rəbəzə adlı ucqar bir səhralığa sürgün edildi. Artıq Əbuzər həmin zaman qocalmışdı. O, Rəbəzənin yandırıcı çölündə çox çətinliklərə məruz qaldı, həyat yoldaşı və oğlu dünyadan getdi. Nəhayət, onlardan sonra özü də 32-ci hicri-qəməri ilində əbədiyyətə qovuşdu, yoldan keçən karvan əhlinin vasitəsilə elə oradaca torpağa tapşırıldı və tək-tənha qalan qızı karvan əhli ilə birgə geri döndü…

Rza Şükürlü (Maide.Az)

 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:07
06:27
12:33
18:53
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

22-09-2018 10:28