O kəslər ki, (nəhayət) öz Rəbblərinə qovuşacaqlarını və mütləq Ona tərəf qayıdacaqlarını bilirlər.
Ey İsrail övladları, sizə bəxş etdiyim nemətlərimi və sizi (öz zamanınızda) aləmdəkilərdən üstün etməyimi yadınıza salın. ("Bəqərə" surəsi 46-47)

İmam Sadiq (ə) buyurur:
“Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”



ƏN BÖYÜK GÜNAHLARDAN...

-- İnsanın ən böyük günahı...

Tarix : 15-05-2018 09:41

İmam Əli (ə) bu barədə belə bir kəlamı var:

جَهْلُ الْمَرْءِ بِعُيُوبِه‏ مِنْ اكْبَرِ ذُنُوبِه؛

İnsanın ən böyük günahı öz eyiblərindən xəbərsizliyidir. (“Biharul-ənvar”, 74-cü cild, səh.419.)

Adətən, günahlar nəfsin istəklərindən baş qaldırır. Misal üçün, qeybət qıran şəxs paxıllıq xüsusiyyətinə sahib olduğundan, bəyənmədiyi müqabil tərəfin onun abır-heysiyyətini aparmağa, nöqsanlarını faş etməklə həsəd və paxıllıq alovunu söndürməyə və özünü rahatlaşdırmağa çalışır; yaxud haram mal yeməkdən çəkinməyən şəxs dünyapərəst və dünya malına həris olduğu və uzun-uzadı arzulara qapıldığından dünyaya bağlanır; yaxud başqalarını təhqir edən şəxs təkəbbürlü və xudbin olduğundan, bu böyük günaha asanlıqla əl atır. Əgər insan günahlarla tanışlığı olsa və onların nəfsani qaynaqlarını islah etsə, vücudundan günahın səbəbləri paklanacaq. Günahın səbəblərinə diqqətsizlik isə, mənfi nəticələrlə conuclanacaqdır. Elə buradan aydın olur ki, nə üçün nəfsani qaynaqlardan xəbərsizlik ən böyük günah sayılır?

Sual: Nə üçün insan öz eyiblərini görmür? Necə olur ki, xar adam başqasının ayağı altında əzildiyini bildiyi halda, gözünə girən çöpdən xəbərsizdir?

Cavab: İnsan özünün aşiqidir. Özünüsevmə hissi həddini aşdığı zaman, insan özündə əsla bir eyib görə bilmir, əksinə öz eyiblərini yaxşı xislətlər tək güman edir! Eynilə iqtisadi fəaliyyətə hövsələsi olmayan tənbəl bir şəxsin özünü zahid, yaxud da söyüşcül bir şəxsin özünü şücaətli güman etdiyi kimi!

Sual: Bununla mübarizə aparmaq üçün nə etməli?

Cavab: Tənqid və qınağı qəbul etməyi bacaran və nəticədə, öz eyiblərindən agah olanların xoş halına! Amma bu mərhələyə çatmayanlar heç olmazsa, iki əməli yerinə yetirsinlər:

1. Özünə ayna kimi eyiblərini və çatışmazlıqlarını göstərən yaxşı dost seçsinlər və imam Sadiqin (ə): “Mənim ən sevimli qardaşım eyiblərimi mənə hədiyyə edəndir.” – hədisini özünə örnək bilsin. (“Biharul-ənvar”, 71-ci cild, səh.282.)

2. Başqaları üçün eyib bildiklərindən çəkinməyə çalışsın. Misal üçün, təcili yardıma ehtiyac duyan qonşuya kömək etməyən şəxsi qınayırsa, ehtiyatlı olmalıdır ki, qonşusu ondan yardım istədikdə, öz yardımını ondan əsirgəməsin. (“İmam Əlidən (ə) 110 ibrət dərsi”, Ayətullah Məkarim Şirazi, 29-cu dərs.)

(Maide.Az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:41
05:23
12:47
20:26
23:56
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

16-07-2018 07:43