Bəqərə, 70. Dedilər: «Bizə görə Rəbbini çağır, onun hansı inək olduğunu bizə aydınlaşdırsın. Həqiqətən, bu inək (onun necəliyi) bizə qaranlıq qalıb və əlbəttə, Allah istəsə, biz doğru yolu tapanlardanıq».

Həzrət Məhəmməd (s) buyurur:
“İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf yoxdur.”



Ərzaq 30 faiz bahalaşıb

Tarix : 17-07-2017 09:14

Bu ilin birinci yarısında Azərbaycanda ərzağın qiyməti əvvəlki illə müqayisədə ortalama 18.1 faiz qalxıb.
 
Devalvasiya ölkənin bəzi bölgələrində əhalinin ərzağa daha çox pul ödəməsinə səbəb olub. Bir çox ekspert benzinin son qiymət artımının ərzağı bir qədər də bahalaşdıracağını proqnozlaşdırır.
 
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Bakıda ərzaq məhsulları 20.7 faiz bahalaşıb. Bölgələrdə vəziyyət daha ağırdır. Turizm bölgəsi sayılan Qəbələdə əhali ərzağın alınmasına ötən ilə nisbətən 31.5 faiz, Xaçmazda isə 34 faiz daha çox pul ödəyib. Yüksək qiymət artımı bu rayonlarla məhdudlaşmır. Ağcabədi sakinləri ailə büdcələrindən ərzaq almağa 31, saatlılar 32, imişlililərsə 35.2 faiz daha çox vəsait ayırmağa məcbur qalıblar. Rəsmi məlumatlara görə, devalvasiya Naxçıvana elə də təsir göstərməyib. Burada qeydə alınan qiymət artımı 2.5 faizi ötməyib.
 
Bu il Azərbaycanda ət məhsulları orta hesabla 26.6 faiz, balıq 12.6 faiz bahalaşıb. Çörəyin qiymətində 11.7, yağın qiymətində 17.5 faizlik artım olub. Meyvə-tərəvəz təxminən 20 faiz, çay və qəhvə 16.5 faiz bahalaşıb. Qənnadı məmulatının qiyməti də elə o civarda artıb.(azadliq.org)
 
Ərzaq qiymətlərinin artımı pul gəlirlərini xeyli üstələyib. DSK-nın məlumatına görə, bu ilin beş ayında əhalinin pul gəlirləri 7.3 faiz artıb.

Teqlər : Ərzaq - 30 - faiz - bahalaşıb - -

Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:56
05:34
12:47
20:16
23:59
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.