“Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. Ali – İmran surəsi , 169

Həzrət Məhəmməd (s) buyurur:
“Allah insana onun xoş xasiyyətinə görə Allah yolunda cihad edənlərin mükafatını verər.”



“Google” yeni smartfonlarını təqdim etdi - FOTO

Tarix : 05-10-2017 10:45

“Google” şirkəti özünün yeni smartfonları – “Pixel 2” və “Pixel XL 2”ni rəsmən təqdim edib.
 
Oktyabrın 4-də Bakı vaxtı ilə axşam saatlarında keçirilən təqdimat şirkətin “YouTube” kanalında canlı yayımlanıb.
 
Cihazlar funksiyalarına görə bir-birindən fərqlənmir, yeganə əhəmiyyətli fərq displeyin ölçüsüdür. “Pixel 2”nin ekranı 5, “Pixel XL 2”nin ekranı 6 düymdür. Şirkət nümayəndələri yeni “Pixel”lərin mövcud smartfonlar arasında ən yaxşı kamera ilə təchiz edildiyini bildiriblər. Cihazlar 12,2 meqapiksel əsas kamera və 8 meqapiksel frontal kameraya sahibdir. Smartfonlar “Qualcomm Snapdragon 835” prosessoru ilə təchiz edilib və “Android 8.0 Oreo” əməliyyat sistemi ilə çalışır.
 
Əsas yenilik budur ki, smartfonlar eksklüziv olaraq “Google”un yeni xidmətləri – AR-stikerlər (AR - augmented reality - əlavə reallıq) və “Google Lens”dən yararlanacaq. AR-stikerlər smartfonun ekranında real obyektləri virtuallarla birləşdirməyə imkan verir. “Google Lens” də əlavə reallıq texnologiyasından istifadə edir və yazıları, obyektləri tanımağa kömək edir.
 
Bundan başqa, smartfonlar “Always-On” funksiyasına malikdir. Ekran həmişə işlək vəziyyətdə olur və vacib informasiyaları (zənglər, mesajlar, saat, tarix) ekranda göstərir. Mikrofon da hər zaman fəaliyyətdə olur və məsələn, fon rejimində məkanda səslənən musiqini tanıyaraq onun ifaçısının adını ekrana çıxarır.
 
64 Gb yaddaşa malik “Pixel 2”nin qiyməti 649 dollar, “Pixel XL 2”nin qiyməti isə 849 dollardır. Artıq ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Hindistan və Avstraliyada ilkin sifarişlər başlayıb. Satış tarixi hələlik açıqlanmayıb.(lent.az)
 
 
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:39
06:59
12:25
18:04
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.