Dedik: «Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar». ("Bəqərə" surəsi 38)

İmam Sadiq (ə) buyurur:
“Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.”



“MÖMİN, MÖMİNİN AYNASIDIR!” – HƏDİSİNİN MƏNASI

Tarix : 02-09-2017 16:22

İmam Əli (ə) buyurmuşdur:

يا كُمَيْلُ! الْمُؤْمِنُ مِرْآةُ الْمُؤْمِنِ، لِانَّهُ يَتَأَمَّلُهُ فَيَسُدُّ فاقَتَهُ وَ يُجْمِلُ حالَتَهُ؛

“Ey Kumeyl, mömin, möminin aynasıdır! Çünki onun zəif cəhətlərini aradan qaldırır və üstün cəhətlərini gücləndirir.(“Biharul-ənvar”, 74-cü cild, səh.414.)

İmam Əli (ə) bu hədisdə bir aynanın mühüm xidmətlərindən ikisinə işarə edir və biz burada o iki xüsusiyyətlə yanaşı, digər xüsusiyyətlərə işarə edəcəyik ki, Həzrətin kəlamını gözəl şəkildə başa düşə bilək:

1. Ayna insanın eyib və gözəlliklərini, zəif və üstün cəhətlərini, yaxşı və pisliklərini səs-səmirsiz, hay-küysüz göstərir, eyib və pisliklərinə görə abır-həyasını aparmır.

2. Saf ayna yaxşı və pislikləri olduğu kimi (nə az, nə də çox) göstərir, birtərəfli rəftar etmir ki, dostlarının eyiblərini kiçik və yaxşılıqlarını böyük göstərsin, başqaları barədə isə əks əməl etsin.

3. Ayna insanın eyiblərini göstərsə də, əsla onu qınamır və başqalarının yanında təhqir etmir.

4. Ayna, onun müqabilində duran şəxsin eyib və gözəlliyini həmişə göstərir və heç vaxt bu işdən yorulmur. Bəzilərinin əksinə olaraq, yorğun olmadığı zaman dostunun eyib və yaxşılıqları haqda düşünür, əks halda, sanki heç nə görməmiş kimi gözlərini yumur.

5. İnsan aynaya nə qədər yaxınlaşarsa, öz eyib və gözəlliyini daha yaxşı görəcək; bu şərtlə ki, onun müqabilindəki ayna dörd xüsusiyyətə sahib olsun:

a) Ayna işıqlı otaqda olsun, yoxsa bir şey əks etdirməyəcək;

b) Aynanı toz-torpaq tutmasın, təmiz və saf olsun;

c) Ayna əyri olmamalı, düz və şəffaf olmalıdır;

ç) Aynaya baxan şəxsin görən gözü olmalıdır. Kor şəxs özünü aynada görə bilməz.

Aynanın bu xüsusiyyətlərinə və möminin ona təşbeh edilməsinə diqqət yetirməklə, mömin şəxs də həmin xüsusiyyətlərə malik olmalıdır. Təəssüf ki, bəziləri başqalarının yalnız eyiblərini görür və gözlərini onun yaxşılıqlarına bağlayırlar. Buna görə də, qarşı tərəf onun sözlərini qəbul etmir.

Biz qarşı tərəfi yaxşılığa dəvət etdiyimiz zaman onun eyiblərindən qabaq yaxşılıqlarını xatırlatmalıyıq ki, eyib sahibi sözümüzü qəbul edərək eyiblərini aradan qaldırmaq fikrinə düşsün. Bəziləri başqasının eyiblərini camaatın hüzurunda faş edərək onu məzəmmət və təhqir edir. Bəziləri də dostları ilə əlaqəni möhkəmlətdikcə, az-az eyiblərindən söz açır.

Bir sözlə, mömin, möminin aynası olmaqla bərabər, qeyd etdiyimiz dörd xüsusiyyətlə yanaşı cəmiyyətə də ayna olmalıdır. (Maide.az)

 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:23
05:11
12:43
20:31
23:49
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

23-06-2018 17:22