Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi. ("Bəqərə" surəsi 34)

İmam Həsən (ə) buyurur:
“Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.”



“ZİKR”İN ƏN ÜSTÜN MƏRTƏBƏSİ

-- Allahı yad etmək sahəsində xalqı 4 dəstəyə bölünür...

Tarix : 28-03-2018 17:50

İnsanların Allahı yad etməsi eyni deyildir. Zikr və Allahı yad etmək sahəsində xalqı müxtəlif qisimlərə bölmək olar

1. Xalqın bir qismi nəinki Allahı zikr etməkdən ləzzət almır, hətta Allahı düşünmək onların qəlbində sıxıntıya səbəb olur. Qurani-Kərim belələri barəsində buyurur:

وَإِذَا ذُكِرَ اللَّهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ...

Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolub sıxılar... (“Zumər” surəsi, ayə 45.)

2. İkinci dəstə o kəslərdir ki, şiddətli çətinliklərlə üzləşdikdə adi vasitələrə əlləri çatırsa, Allahı zikr edir, Ona yalvarıb-yaxarırlar. Qurani-Kərimdə buyurulur:

فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ

Gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) Allahı kamil ixlasla çağırarlar. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə (Ona) şərik qoşarlar.” (“Ənkəbut” surəsi, ayə 65.)

3. Üçüncü dəstə qiyamət günü öz aqibətləri üçün nigaran olan kəslərdir. Onlar günaha yol verdikləri zaman, bu günahların bağışlanmasını istədikləri üçün Allahı yad edir, Ona yalvarıb-yaxarırlar. İstəyirlər ki, Allah bu yolla onların günahlarını bağışlasın. Bu şəxslər bəzən də axirət savabları və nemətlərini əldə etmək üçün Allahı xatırlayırlar. Behişt, huri və qəsr istəyirlər. Buna görə də, Allahı zikr edirlər. Həqiqətdə, bu dəstə əzabdan qurtulmaq və axirət nemətlərinə çatmaq üçün Allahı yada salır. Bu növ diqqət nisbi şəkildə bəyənilmişdir və insanın Allaha imanlı olduğunu göstərir. Əslində, bu növ zikrdə insan əvvəlcə özünü düşünür və sonra bu yolla Allahı düşünməli olur. Bir çox hallarda qeyri-ilahi yolla ehtiyacları ödəndikdə, Onu düşünməkdən vaz keçir.

4. Dördüncü qisim insanlar isə Allahı yad etməyə ehtiyaclı olduqlarını hiss edirlər. Onlar öz şəxsi ehtiyaclarının aradan götürülməsi üçün bu işi görmürlər. Allahı düşünmədikdə nəsə itirdiklərini hiss edir və yalnız Onu yad etməklə sakitlik, aramlıq tapırlar. Başqa sözlə, belələri üçün əsas məsələ ehtiyacların aradan qaldırılması yox, Allah zikrinin özüdür. İmam Səccadın (ə) təbirincə, onlar hiss edirlər ki, Allah zikri ilə qəlb dirilir, bu zikr olmadıqda qəlb ölür.

Allah zikri onlar üçün həyat bünövrəsidir. İnsanın havası çatmadıqda o həyəcanlanır, narahat olur, hətta dünyasını dəyişir. Bu şəxslər də Allah zikrindən uzaq düşdükdə iztirab çəkir, nigaran olurlar. Lakin Allah zikri qəlblərinə yol tapan zaman onlarda xüsusi sakitlik və arxayınlıq yaranır. Quran-Kərim bu barədə buyurur:

الَّذِينَ آمَنُواْ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللّهِ أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat halda iman gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!” (“Rəd” surəsi, ayə 28.)

Saf hava bizim həyatımız üçün zəruri olduğu kimi, Allah zikri də qəlblərin dirilməsi üçün lazımlıdır. Bu şəxslər biz ölümdən qaçdığımız kimi Allahdan uzaq düşməkdən qaçırlar. Biz ölümü yalnız heyvani və nəbati ölüm bilirik, onlar isə, öz ölümlərini Allah zikrindən uzaq düşməkdə görürlər.

Bu hal zikrin üstün mərtəbələrindəndir, əvvəlki mərtəbədən də çox üstün və dəyərlidir. Lakin bu mərtəbədə də “mən” və insanın özü məqsəddir. Yəni insan bu halda Allahı düşünmək istəyir və Allahı zikr etməkdən ləzzət alır. Həqiqətdə, Allahı zikr etməklə onun “öz” qəlbi sakitləşir. Başqa sözlə, bu halda da ehtiyaclarının ödənməsi üçün (amma yuxarıdakı ehtiyaclardan üstün ehtiyacların) Allahı düşünür. Yəni məqsəd ehtiyacların ödənməsidir. Belələri aramlıq tapmaq üçün Allahı yad edir. Buna görə də, uyğun mərtəbədə də özünü istəmək niyyəti yerində qalır.

Lakin insan Allaha mərifət yolu ilə elə bir məqama çata bilər ki, nə özünü, nə də ehtiyaclarını düşünməz. Onun bütün diqqəti Allahda olar, özü və meyillərini tamamilə unudar. Bu halda fərdi istək əsas olmur və ən önəmli yerdə Allaha məhəbbət dayanır. Uyğun məqamda insan Allahı özü üçün yox, özünü Allah üçün istəyir. Əslində o, özünü tanımır və yalnız Allahı görür (İnsan elə bir məqama çatar ki, Allahdan başqa heç bir şey görməz).

Merac gecəsi Allah Öz Peyğəmbərinə (s) buyurdu: Bəzi bəndələrim elə bir mərtəbəyə çatırlar ki, Mənim zikrim nemətlərimin şükrü onların məşğuliyyəti olur. Onların bu işlərdən başqa heç bir səyləri olmaz. (“Mustədrəkul-vəsail”, 12-ci cild, 61-ci bölüm, səh.36, 13446-cı rəvayət.)

Sonra Allah həmin bəndələrlə xüsusi rəftar edəcəyini bildirir.

Bu həqiqətləri dərk etmək bir çoxumuz üçün çətindir. Ümid edirik ki, Allah Öz lütfü ilə bizim mərifətimizi artırsın və bizə belə hallar nəsib etsin! (“Rəbbin dərgahında”, Ayətullah Misbah Yəzdi, səh.168-171.)

(Maide.Az)

 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:25
05:53
12:39
19:41
23:55
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

22-04-2018 06:08