Kitab əhlinin çoxu həqiqət (İslamın haqq olması) onlara aydın olduqdan sonra vücudlarından qaynaqlanan paxıllıq üzündən sizi imanınızdan sonra küfrə qaytarmaq istəyirlər. Buna görə də Allahın əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) keçin və (onları) məzəmmət etməyin. Həqiqətən, Allah hər şeyə qadirdir. (Bəqərə,109)

Həzrət Məhəmməd (s) buyurur:
“Ölümü çox yada salın, çünki ölümü xatırlamaq günahları yuyur və insanı dünyaya qarşı etinasız edir.”



”QƏDİR-XUM” HƏDİSİNDƏKİ “MÖVLA” SÖZÜNÜN TƏFSİRİ

Tarix : 07-09-2017 17:11

Allah-Taala Qurani-Kərimin “Maidə” surəsinin 67-ci ayəsində İslam Peyğəmbərinə (s) xitabən buyurur:

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

“Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmişsən. Allah səni insanlardan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq. Allah kafir camaatı hidayət etməz.”

Şiə və əhli-sünnə alimlərinin kitablarında bu ayənin imam Əli (ə) və “Qədir-Xum” hadisəsi ilə əlaqədar nazil olduğu göstərilmişdir. Belə ki, İslam Peyğəmbəri (s) ömrünün sonuncu ilindəki həcc mərasimini (“Həccətül-vida”nı) yerinə yetirib geri döndükdə və “Qədir-Xum” adlı məntəqəyə çatdıqda, bu ayə nazil olaraq, o həzrətə imam Əlinin (ə) imamət və xilafət məqamına təyin olunması haqda göstəriş verildi. Peyğəmbər (s) də hacıları həmin məntəqədə bir yerə toplayıb, Allaha həmd-səna dedikdən sonra imam Əlinin (ə) özündən sonra xəlifə olacağını onlara elan edərək buyurdu: “Mən kuntu məvlahu, fəhaza Əliyyun məvlahu!” – “Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır!”

Verilən ayə özü müxtəlif ifadələrlə üç mühüm məsələyə toxunur:

1. Ayədən məlum olur ki, bu məsələ İslam baxımından yüksək əhəmiyyətə malikdir. Hətta Allah tərəfindən Peyğəmbərə (s) göstəriş verilir ki, mütləq onu xalqa çatdırsın. Əgər çatdırmasa, vəzifəsini yerinə yetirməmiş olacaqdır! Başqa sözlə, bu məsələ peyğəmbərlik qədər ağır vəzifədir. Əgər elan edilməsəydi, sanki Peyğəmbərin (s) vəzifəsi yarımçıq qalacaqdı!

2. Bu ilahi əmr, sözsüz ki, namaz, oruc, həcc, cihad, zəkat və digər əməli vəzifələrlə bağlı deyildir. Çünki bu ayə “Maidə” surəsində yerləşir və İslam Peyğəmbərinə (s) nazil olan sonuncu surədir (yaxud sonuncu surələrdən biridir). Yəni bu surə nazil olanda, artıq İslamın əməli vəzifələrilə əlaqədar bütün məsələləri bəyan edilmişdi.

3. Ayənin ifadələri göstərir ki, elan olunacaq xəbər bəzilərinin sərt mövqeyi ilə qarşılanacaq və bu işdə Peyğəmbərin (s) həyatı təhlükəyə düşəcəkdir. Lakin Allah-Taala o həzrətə qarşı xüsusi himayəsini bildirərək buyurur: “Allah səni xalqdan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq!” Ayənin sonunda daha təkidlə buyurur: “Allah kafir cəmiyyəti hidayət etməz!”

Bu ifadə qəti şəkildə bir qrup müxaliflərin əks mövqe tutacaqlarını göstərir. Bəli, Peyğəmbərin (s) risalət və peyğəmbərliyi qədər mühüm olan, müxaliflərin sərt mövqe tutacaqlarına və o həzrətin canının təhlükəyə düşəcəyi ehtimal verilən məsələ məhz imam Əlinin (ə) xilafət və imamət məsələsi idi!

Əhli-sünnə alimlərinin bir çoxu Peyğəmbəri-Əkrəmin “Mən kuntu məvlahu, fəhaza Əliyyun məvlahu!” – “Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır!” kəlamındakı “mövla” sözünü “dost” mənasında təfsir etməyə çalışsalar da, müxtəlif dəlillər göstərir ki, hədisdə bəyan olunan “mövla” sözü “başçı” və “rəhbər” mənasını ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək:

1. O zaman imam Əlinin (ə) bütün möminlərlə dostluq məsələsi elə də gizli və üstüörtülü bir məsələ deyildi ki, bu qədər təkidə ehtiyac olsun. Əgər məqsəd Əlini (ə) sevməkdirsə, onda o böyük karvanın quru və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin (s) uzun bir xütbə oxumasına və camaatdan ardıcıl etiraf istəməsinə nə ehtiyac var idi?! Həm də Quranda açıq-aşkar buyurulur ki, möminlər bir-birilə qardaşdırlar. (“Hücurat”/10.) “Tövbə” surəsinin 71-ci ayəsində də buyurulur: “Mömin kişilər və mömin qadınlar bir-birinin dostudur!”

Bir sözlə, İslamda qardaşlıq və müsəlmanların bir-birilə dostluğu bu dinin aydın məsələlərindəndir. Bu, İslamın ilk çağlarından olmuş, Peyğəmbər (s) də dəfələrlə bunu buyurmuş və təkid etmişdir. Bundan əlavə, dostluq və qardaşlıq elə məsələlərdən deyil ki, Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düşsün.

2. Peyğəmbəri-Əkrəmin (s) buyurduğu “Qədir-Xum” hədisindəki “Ələstu ovla bikum min ənfusikum” (Mən sizə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?) sualı əksər rəvayətlərdə nəql olunmuşdur və bu sadə bir dostluğu bəyan etməklə əsla uyğunlaşmır. Əksinə o həzrət bununla demək istəyirdi ki, mənimlə Əlinin (ə) sizin üzərinizdə olan ləyaqət, ixtiyar və rəhbərliyi eynidir. Burada bundan başqa bir təfsir yürütmək insafsızlıq və həqiqətdən uzaqdır.

3. Bu tarixi hadisədə camaat, xüsusilə, Əbu Bəkr və Ömər tərəfindən Əliyə (ə) deyilən təbriklər o həzrətin xilafət məqamına nail olmasını bir daha təsdiqləyir. Çünki ümumi şəkildə bütün müsəlmanlara dostluq məsələsinin elan olunmasında təbrikə ehtiyac duyulmur. Məşhur əhli-sünnə alimi Əhməd ibn Hənbəlin “Müsnəd” kitabında yazılır: “Ömər, Peyğəmbərin (s) bəyanatından sonra Əliyə (ə) dedi:

هَنِيئاً يَابْنَ اَبِيطالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:

“Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mömin kişi və qadının mövlası oldun.” (“Müsnədi-Əhməd”, 4-cü cild, səh. 281.)

Fəxri-Razinin “təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də belədir: “Ömər dedi:

هَنِيئاً لَكَ اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:

“Afərin sənə! Sən mənim və bütün mömin kişi və qadınların mövlası oldun!”

Beləliklə, Ömər onu özünün və bütün möminlərin mövlası, rəhbəris hesab etdi.

“Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur: “Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun.” (“Tarixi-Bağdad”, 7-ci cild, səh. 290.)

“Feyzül-qədir” və “Əs-səvaiq” kitablarında da yazılır ki, bu təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demişdir. (“Feyzül-qədir”, 6-cı cild, səh. 217 və “Əs-səvaiq”, səh. 107.)

Aydındır ki, möminlər arasındakı sadə dostluğun bəyanı üçün böyük bir mərasimin qurulmasına ehtiyac yoxdur. Deməli, hədisdəki “mövla” sözü imam və rəhbərdən başqa bir məna daşıya bilməz.

4. Peyğəmbəri-Əkrəmin (s) buyruqlarından sonra Həssan ibn Sabitin aydın ifadələrlə zəngin şeri müddəamıza canlı bir şahiddir:

يُنادِيهِمْ يَوْمَ الْغَدِيرِ نَبِيُّهُمْ                                   بِخُمٍّ و اسمع بِالرَّسُولِ مُنَادِيًا

بِاَنِّى مَوْلاَكُمْ نعم وَ نَبِيُّكُمْ                                فَقَالُوا و لم يبدوا هُناكَ التعاميا

إلهك مَوْلاَنَا وَ اَنْتَ وَلِيُّنَا                               وَ لا تجدن فِى الْخَلْقِ لِلْاَمْرِ عَاصِيًا

فَقَالَ لَهُ قُمْ يَا عَلِىُّ فَإِنَّنِى                               رَضَيتُكَ مِنْ بَعْدِى اِمَامًا وَ هَادِيًا

“Qədir-Xumda Peyğəmbərin nidası,

Yayıldı carçısıyla hər sədası.

Dedi: “Kimdir sizin mövla, nəbiniz?”

Bir ağızdan: “Allah bizim Rəbbimiz!

Ondan sonra sən də peyğəmbərimiz!

Vilayətə asi olmaz birimiz!”

Peyğəmbərin Əliyə buyruğuyla:

“Qalx ayağa, həqiqət sorağıyla.

Məndən sonra imam, hidayətçisən,

Mövlası olduğumun rəhbərisən!

Bəs, itaət edin buyruqlarıma,

Allahdan əmanət qoyduqlarıma!

“İlahi! Onu sevən hər kəsi, sev Sən də!

Düşmən olan hər kəsə, düşmən ol Sən də!”

(“İmamət Haqqın dili ilə”, Ayətullah Məkarim Şirazi, “Təbliğ” ayəsinin təfsiri.)

Rza Şükürlü (Maide.Az)

 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:39
06:59
12:25
18:04
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.