Bəqərə, 65. Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!» (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular).

Əli ibn Əbi Talib (ə):
Dörd şeyi bilən dörd şeydən ümidini kəsməz:
1. Dua etməsinə əmr olunan şəxs, dualarının qəbul olmasından ümidsiz olmaz.
2. Tövbə etməyə çağrılan şəxs, tövbəsinin qəbul olmasından ümidsiz olmaz.
3. Bir şəxs bağışlanmaq tələb etməyə vadar olunubsa, bağışlanmaqdan ümidsiz olmaz.
4. Bir şəxsə şükür etmək öyrədilibsə, o, nemətlərin çoxalmasından ümidsiz olmaz.



Şəri-dini suallara cavablar - SUAL 83

-- Əgər bir şəxs bütün qüsllər əvəzində müəyyən bir qüslü (cənabət qüslü kimi) niyyət edərək yerinə yetirərsə, kifayət edərmi?

Tarix : 25-12-2017 08:48

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
QÜSLÜN HÖKMLƏRİ

SUAL 83: Əgər bir şəxs bütün qüsllər əvəzində müəyyən bir qüslü (cənabət qüslü kimi) niyyət edərək yerinə yetirərsə, kifayət edərmi?

İmam Xomeyni, Ayətullah Xamenei, Ayətullah Safi və Ayətullah Məkarim Şirazi: “Əgər boynunda cənabət qüslü də olarsa və cənabət qüslü niyyəti ilə qüsl edərsə, digər qüslləri də əvəz edər, amma cənabət qüslündən başqası, vacib ehtiyata əsasən, başqa qüslləri əvəz etmir.”

Ayətullah Cavad Təbrizi, Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani və Ayətullah Vəhid Xorasani: “Hər hansı qüslü niyyət edərsə, digər qüslləri də əvəz edər.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 389; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 395; “Təliqat ələl-urvə”, Ayətullah Fazil Lənkərani, 1-ci cild, “Cənabət qüslünün müstəhəbləri” bölümü, məsələ 15.)

Ayətullah Behcət: “Əgər qüsllər arasında vacib qüsl varsa və onu niyyət edərsə, digər qüslləri əvəz edər, amma əgər müstəhəb qüslü niyyət edərsə, yalnız müstəhəb qüslləri əvəz edəcəkdir.”

(“Vəsilətun-nicat”, Ayətullah Behcət, 1-ci cild, məsələ 221.)



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:07
06:27
12:33
18:53
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

22-09-2018 09:53