Bəqərə, 65. Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!» (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular).

İmam Əli əleyhis-salam (arzulara ürək bağlamamaq barəsində) buyurmuşdur:
"Varlılıq və zənginliyin ən üstünü arzuları qəlbə buraxmamaqdır. (İnsanı möhtaca çevirən arzudur.)"



ŞEYTANIN İKİ TƏLƏSİ

-- Tələlərdən biri..

Tarix : 02-06-2018 09:31

Möminlərə və Əhli-beyt dostlarına yardımçı olmaq dini vəzifəmizdir. İmam Sadiq (ə) buyurur:

يا بْنَ جُنْدَب اِنَّ لِلشَّيطانِ مَصائدَ يَصْطادُ بها فَتَحامُوا شِباكَهُ و مَصائِدَهُ قلتُ يا بْنَ رسولِ اللّهِ و ما هِىَ؟ قال: اما مَصائِدُهُ فَصَدٌّ عَنْ بِرِّ الاِخوانِ، و اَمّا شِباكُهُ فَنَوْمٌ عَنْ قَضاءِ الصّلَواتِ الّتى فَرَضَهَا اللّهُ، اَما اِنَّهُ ما يُعْبَدُ اللّهُ بِمِثْلِ نَقْلِ الاَقْدامِ اِلى بِرِّالاِخْوانِ و زِيارَتِهِمْ، وَيْلٌ لِلسّاهينَ عَنِ الصَّلَواتِ

“Ey Cündəb oğlu, (insanları) ovlamaq üçün şeytanın tələləri vardır. Elə isə, onun tələlərindən ehtiyatlı ol.”

Cündəbin oğlu Abdullah soruşur: “Ey Rəsuləllahın övladı! Həmin tələlər nədən ibarətdir?”

İmam (ə) buyurur: “Tələlərdən biri insanı öz din qardaşlarına yardımdan məhrum etməkdir. İkinci tələ isə Allahın vacib buyurduğu namazları vaxtında qılmamaq üçün insanların yuxuya getməsidir. Agah olun ki, Allaha olunan heç bir ibadət mömin qardaşlara yardım və onları ziyarət etmək qədər üstün deyil. Vay olsun namazı yüngül tutanlara, yuxuya dalıb namazdan qafil olanlara!...”

Vacib dini vəzifələrinə əməl edən insan bəzən işini bitmiş hesab edir. Hansı ki, din qardaşlarının ehtiyacını ödəmək böyük dini vəzifədir. Diqqətimizi hansısa bir sahəyə yönəldib digər sahələri nəzərdən qaçırmaq düzgün deyil. Bu diqqətsizliyin bünövrəsini qoyan şeytan qulağımıza pıçıldayır ki, axı sənin nəyin var ki, başqalarına kömək edəsən. Axı başqalarından sənə nə var. Bir halda ki, imam Sadiq (ə) buyurur ki, din qardaşına kömək etməkdən böyük ibadət yoxdur, hətta ehtiyaclarını ödəyə bilməsən belə, Allah xatirinə onlarla görüşmək böyük ibadətdir.

Şeytanın ikinci tələsi namazın əvvəl vaxtını sovuşdurmaqdır. Namaz insanı birbaşa Allahla yaxınlığa aparır. Allahla bəndə arasında birbaşa rabitə namazdır. Ayə və rəvayətlərə əsasən, insanı Allaha yaxınlaşdıran ən mühüm əməl namazdır. Hər birimiz gün uzunu dəfələrlə namazda bu sözləri təkrar edirik: “Tələsin ən xeyirli işə!” Yəni namaza! Qurani-Kərimin “Muddəssir” surəsinin 42-47-ci ayələrində cəhənnəm əhlinin cəhənnəmə düşməsinin dörd səbəbindən söz açılır və buyurulur:

مَا سَلَكَكُمْ فِي سَقَرَ. قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ. وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ. وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ. وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ. حَتَّى أَتَانَا الْيَقِينُ

Sizi “səqərə” (cəhənnəmə) salan nədir?” Onlar deyərlər: “Biz namaz qılanlardan deyildik. Yoxsulu da yedirtməzdik. Batilə dalanlarla birlikdə biz də dalardıq. Cəza (qiyamət) gününü təkzib edərdik. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq).”

Ey Rəbbimiz, bizi vəzifələrimizlə tanış et və şeytanın şərindən amanda saxla!

(Maide.Az)

 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:41
05:23
12:47
20:26
23:56
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

16-07-2018 11:24