Bəqərə, 52. Həmin vaxt, o işdən sonra sizi əfv etdik ki, bəlkə şükür edəsiniz.

İmаm Hüsеyn (ә) buyurub : «Qәnаәt, cismin rаhаtlığıdır.»




Ölkədə ailə münaqişəsi zəminində qətllər adiləşir - təhlükə

Tarix : 19-08-2017 12:25

Ekspert: “Cəmiyyətdə maddi dəyərlər aparıcı rol oynadıqca, hər gün daha çox eybəcər hallar ortaya çıxacaq”
 
Son zamanlar ölkədə ailə münaqişəsi zəminində baş verən qətllərin sayı xeyli dərəcədə artıb. Demək olar ki, hər gün mətbuat səhifələrində oğulun ananı, atanın balanı, ərin arvadı öldürməsi, yaralaması, son zamanlar hətta arvadın ərini qətlə yetirməsi, bıçaqlaması ilə bağlı xəbərlər oxuyuruq.
 
Cinayət hadisələrinin monitorinqini aparan qurumların açıqlamalarına görə, xüsusilə də son iki ildə ailədaxili münaqişələr daha da genişlənib. Təəssüf doğuran hal budur ki, tendensiya artan xətt üzrə davam edir. Aparılan araşdırmalar göstərir ki, əgər əvvəllər ailələrdə hər hansı bir problem üstündə kiçik mübahisələr olurdusa, hazırda kiçik mübahisələr böyük qətllərlə nəticələnir. Özü də yayılan xəbərlərdən görünür ki, münaqişə tərəfləri daha çox bir-birilərini xüsusi amansızlıqla öldürmək yolunu tuturlar.
 
Məsələn, ölkədə ailə münaqişəsi zəminində baş verən son hadisələrə diqqət yetirək. Belə ki, Ağdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.
 
Hadisə rayonun Kotanarx kəndində baş verib. Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını kəsiblər.
Daha bir xəbər, Göygölün Qızılca kəndində Əliyev Zaur Adil oğlu həyat yoldaşı 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və onun anası 1964-cü il təvəllüdlü Əliyeva Minayəni qətlə yetirib. Qatil həm də mərhumun bacısı oğludur.
 
Ölkədəki durumla bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a bildirib ki, problemin əsas səbəbi mənəvi dəyərlərin maddi dəyərlərin kölgəsində qalmasıdır: “Bir var od, bir də var ocağın tüstüsü. Konkret olaraq odun özü barəsində danışmaq lazımdır. Məsələ burasındadır ki, çalışmaq lazımdır cəmiyyətdə mənəvi dəyərlər daha aparıcı rol oynasın. Maddi dəyərlər isə köməkçi rolda olsunlar ki, mənəvi dəyərlərə nail olmaq üçün imkanlar yaransın. Ancaq təəssüf ki, dünyada hazırda əks proses baş verməkdədir. O cümlədən Azərbaycanda da belədir. Yəni günbəgün insanların həyatında mənəvi amillərin rolu azalır və nəticədə cəmiyyətdə eybəcər hallar artır. Bu, qaçılmaz bir tendensiyadır. Elə ki, mənəvi dəyərlər zəiflədi ağıla gəlməz, eybəcər hallar ortaya çıxmalıdır. İnsanların bir-birilərini öldürməyib, qanuni formada məhkəməyə müraciət etməsi də mümkün görünmür. Çünki Azərbaycan kişisində bir psixoloji kompleks var. Bu psixoloji durum isə qısa bir zamanda dəyişə bilməz. Kütləvi informasiya vasitələrində, seriallarda və ya sosial şəbəkələrdə sürətlə dəyişikliklər baş verir. Psixoloji durum isə həmin sürətlə dəyişə bilməz. Qadınlarımızda da bir həssaslıq var. Cəmiyyətdə qadınlar bir çox şeyləri dırnaqarası azadlıq hesab edirlər və düşünürlər ki, onlar nə istəsələr edə bilərlər. Kişilərdə isə psixoloji durum ətaləti davam edir. Bəs bu gerilikdirmi? Xeyr, gerilik də deyil. Burada ciddi elmi əsaslarla təhlillər aparılmalıdır. Ancaq bundan da öncə birmənalı olaraq çalışmalıyıq ki, cəmiyyətdə get-gedə mənəviyyat daha da güclənsin. Bu gün telefon ola bilər, kompüterdə yazışma baş verə bilər. Bütün bu kimi məqamların kökü hələ Adəm və Həvvanın qadağan olunmuş qidaları yeməsi hadisəsinə gedir çıxır. Yəni hər zaman cəmiyyətdə elə şeylər olub ki, onlara əl vuranda ayıb şeylər ortaya çıxır. Quranda da yazılıb ki, Adəm və Həvva qadağan olunmuş qidaları yeyərkən, ayıb yerləri göründü. Əslində burada çox böyük fəlsəfə var və deyilənlər rəmzi xarakter daşıyır. Bu o deməkdir ki, insanlar qadağan olunmuş işləri görən zaman ortaya biabırçı hallar çıxır. Ona görə də biz bu gün hansısa şeyin qarşısını almaqla heç nəyə nail ola bilmərik”.
 
Ekspert SOS təbili çalaraq bildirib ki, qısa zamanda ciddi fəaliyyət proqramı hazırlayıb, ölkədə onu həyata keçirməliyik ki, mənəvi dəyərlər artsın:
“Çalışmaq lazımdır ki, insanlar bir-biri ilə həyatda mənəvi dəyərlərə görə yarışsınlar. Qudurğanlığa, qanunsuz əməllərə görə yarışmağın qarşısı alınmalıdır. Cəmiyyətdə belə meyllər azalarsa bu, ailələrə də təsir edəcək. Yarışmaq insanın xarakterindədir. Bir var yüngül həyat tərzi, qudurğanlıqla yaraşsınlar, bir də var ki, mənəvi dəyərlərlə, ailəyə sədaqət, bir-birilərinə hörmət qoymaqla rəqabət aparsınlar. Bu, böyük - kompleks işdir. Belə işləri aparmaq da mümkündür. Çünki Azərbaycanın 10 milyona yaxın əhalisi var, onun da bir hissəsi xaricdə, digər bir hissəsi isə qoca və uşaqlardır. Fəal əhali isə bir neçə milyondur. Sadəcə olaraq bu işlərə başlamaq lazımdır. Təəssüf ki, hələ belə bir addım atılmır, işlər görülmür. Nəticədə isə cəmiyyətin immunitet sistemi dağılıb. Bədənin özündə immunitet sistemi dağılanda hər cür xəstəliklər orqanizmi yaxalayır. Cəmiyyətdə də immunitet sistemi dağılan zaman eybəcər hallar baş verir. Kimi körpə uşağı zorlayır, başqası arvadının başını kəsir və sair. Bu işlər qaçılmaz bir şeydir. Maddi dəyərlər cəmiyyətdə aparıcı rol oynadıqca, hər gün daha çox eybəcər hallar ortaya çıxacaq”. /


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
06:29
07:56
12:35
17:31
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

15-12-2017 08:28