Allah buyurdu: «Ey Adəm, onların adlarını (ya onların həqiqətlərini və sirlərini) mələklərə xəbər ver». Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi, Allah buyurdu: «Sizə demədimmi ki, həqiqətən, Mən göylərin və yerin gizlinliklərini bilirəm və sizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!» ("Bəqərə" surəsi 33)

Həzrət Məhəmməd (s) buyurur:
“Hər kəs qırx gün Allaha ixlasla (riyasız) ibadət etsə, Allah hikmət çeşməsini onun qəlbindən dilinə axıdar.”



İMAM RZANIN (Ə) HƏYATI

-- İmam Rza (ə) Harunun dövründə, Vəliəhdlik məsələsi, İmam Rza (ə) və Məmun...

Tarix : 18-11-2017 10:28

 

İmam Rzanın (s) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

 

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası imam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə çatmışdır. İmam Rzanın (ə) vəfat tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci il, bəziləri isə 203-cü hicri ilində vəfat etdiyini qeyd etmişlər. Hansı ayda vəfat etdiyinə gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna toxunmadan) Səfər ayında vəfat etdiyini söyləmişlər. Növbəxti o həzrətin vəfat gününü Səfər ayının sonuncu günü qeyd etmişdir. O həzrətin anası Xeyzəran adlanırdı. Bəzilərinin fikrincə, o, Novbə əhalisindən olmuşdur. Adı Ərva, ləqəbi isə Şəqradır. Bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər. (“Əl-əimmətu isna əşər”, c. 2, s. 342.)

İmam Rza (ə) 201-ci h.q. ilinə qədər Mədinədə yaşamış, həmin ilin Ramazan ayında Mərvə gedərək 203-cü ilin Səfər ayında şəhadətə yetirilmiş və Xorasanda (Məşhəd şəhərində) dəfn olunmuşdir.

İMAM RZA (Ə) HARUNUN DÖVRÜNDƏ

183-cü hicri ilində imam Kazim (ə) Harunun əmri ilə Bağdad zindanında zəhərlənib şəhid olduqdan sonra imam Rza (ə) imam olduğu müddətin on ilini Harunun hakimiyyəti dövründə yaşamışdır. Bu müddət Harunun özbaşınalıq və azğınlıq mühiti olması ilə yanaşı, həm də imam Rzanın (ə) nisbətən azad yaşadığı və elmi-mədəni fəaliyyəti dövrü hesab olunur. Çünki Harun bu müddət ərzində o həzrətə toxunmamış və imam Rza (ə) açıq şəkildə fəaliyyət aparmışdır. Buna görə də, o həzrətin yetirdiyi şagirdlər, islami elmlər ocağında təlim etdiyi Quran həqiqətləri və İslam maarifi də, məhz bu dövrə təsadüf edir. Harunun təzyiqləri azaldaraq imam Rzanı (ə) nisbətən azad buraxmasının səbəbi, bəlkə də, onun imam Kazimi (ə) qətl etdiyini ört-basdır etməsi ilə əlaqədardır. Harun bu böyük cinayətin üstünü örtməyə çalışsa da, məsələnin üstü açılır və camaatda ona qarşı böyük nifrət hissi oyanır. Buna görə də, Harun bir təhər özünə bəraət qazandırmaq istəyirdi.

VƏLİƏHDLİK MƏSƏLƏSİ

İmam Rza (ə) haqqında ən önəmli tarixi hadisə o həzrətin vəliəhdlik məsələsi idi. O həzrətin vəliəhdliyi ilə bağlı nəzərə çarpan məsələlər bunlardır: 1. Bu prosesdə Məmunun hədəfi; 2. Məmunun öz hədəfinə çatmamasında imam Rzanın (ə) mövqeyi.

Məmunun zahiri rəftarlarından başa düşülür ki, o, bu prosesdə xüsusi hiyləgərliklə zahirdə öz xalis niyyətini – imam Rzaya (ə) məhəbbətini bildirmək istəmiş və xilafət məsələsində imam Əlinin (ə) nəslinin haqlı və layiqli olduğuna inandığını göstərməyə çalışmışdır.

Digər məsələ imam Rzanın (ə) xilafət təşkilatına gətirilməsi ilə o həzrətin fəaliyyətlərinin məhdudlaşdırılması idi.

Üçüncü məsələ isə budur ki, imam Rza (ə) Məmunun vəliəhdliyini qəbul etməklə, əzəmətini, məqam və mövqeyini azaldacaq, tərəfdarlarının yanında hörmətdən düşəcək, kimsə onu pak və müqəddəs bir şəxsiyyət kimi tanımayacaq və nəhayət, iddia etdiklərini puç biləcəkdilər.

Əbu Səlt Hərəvi də vəliəhdliyin imam Rzaya (ə) həvalə edilməsinin səbəbini belə açıqlayır: “Məmun imam Rzanı (ə) vəliəhd seçməklə, camaata o həzrətin dünyapərəst və dünya malına hərisliyini sübut etmək və beləcə, mənəvi məqamını ləkələmək istəyirdi.”

Həqiqət budur ki, camaat hər vaxt imam Əlinin (ə) övladlarına, məxsusən, şiə imamlarına xüsusi ehtiram bəsləmiş və bu da xalqın onlara hədsiz dərəcədə etiqad və etimadına səbəb olmuşdu. İmamların spesifik xüsusiyyətləri hər kəsi onlara tərəf yönəltmiş, camaatın onlara qarşı itaətini zəruriləşdirmiş, həmçinin onların qarşısında təslimçilik ruhu yaratmışdı. Məmun çalışırdı ki, bu əzəmət və müqəddəsliyi aradan qaldırsın və ən azı, onların da başqaları kimi hakimiyyətə çatdıqları zaman zülm və fəsada düşəcəkləri fikrini camaata aşılasın.

Xilafət və siyasət insanların nəzərində bir növ çirkinlik sayıldığı üçün təqvalı və nəfsi pak insanın siyasətə qoşulması onun təsir və nüfuzunun azalmasına səbəb olacaqdı. İmam Rza (ə) kimi təqva və zahidlikdə öndər olan şəxsin Abbasilərin qurduğu xilafətlə əməkdaşlığı o həzrəti məqam və nəzərdən salacaqdı. Buna görə də, o həzrətə etiraz əlaməti olaraq deyirdilər: “Dünyaya bağlanmadığınız halda, nə üçün Məmunun vəliəhdliyini qəbul etdiniz?” İmam (ə) buyurardı: Bu işə nə qədər nifrət etdiyimi yalnızAllah bilir.”

Məmunun bu hədəflərinin kənarında bəzi məsələlərə də toxuna bilərik. Məsələn, Məmun bu tədbiri ilə imam Rzanı (ə) istədiyi kimi idarə edə bilərdi. Bu istiqamətdə İmamın üzərində bir çox gözətçi qoymuşdu ki, onlar hər an İmamın vəziyyətini Məmuna çatdırırdılar. (“Üyunu əxbarir Riza (ə)”, c.2, s.151-152.)

İMAM RZANIN (Ə) REAKSİYASI

İmam Rzanın (ə) göstərdiyi ilk əksüləməli Xorasana gəlməkdən imtina etməsi idi. Təbii ki, bu iş Məmun üçün bir qələbə hesab edilirdi. O həzrət onu aparmağa məmur olan Rəca ibn Əbu Zəhhakın məcbur etməsinə qədərki müddətdə bu işlə müxalifətçilik etdi. Şeyx Kuleyni, Yasir Xadimdən və Rayyan ibn Səltdən belə nəql edir: “(Məmunun qardaşı) Əmin məğlub edildikdən və Məmun hökumətini qurduqdan sonra, İmama bir məktub yazaraq Xorasana gəlməsini istədi. İmam isə onun istəyinə müsbət cavab vermədi. Bir hədisdə deyilir: “Məmun bu haqda o qədər məktub yazdı ki, İmam (ə) Məmunun bu işdən əl çəkməyəcəyini gördükdə, getməkdən başqa bir çarənin olmadığını başa düşdü.” (“Üsuli-kafi”, c.1, s.488)

Şeyx Səduq, Məul Səcistanidən belə nəql edir: “İmam Rzanı (ə) Xorasana aparmaq üçün Mədinəyə bir məmur gəldiyi zaman, mən orada idim. İmam Rza (ə) Rəsulullah (s) ilə vidalaşmaq üçün o həzrətin türbəsinə daxil oldu. İmamın dəfələrlə türbədən çıxıb yenidən geri döndüyünü və yüksək səslə ağladığını gördüm. İmama yaxınlaşıb salam verdim və bunun səbəbini soruşdum. İmam buyurdu: “Cəddimin yanından gedəcək və qürbətdə öləcəyəm...”

Həmçinin imam Rza (ə) Xorasana getdiyi zaman ailəsindən heç kəsi özü ilə aparmadı. Bu da o həzrət baxımından səfərin heç də aydın gələcəyə malik olmadığını bildirir.

Nəhayət, Məmun xilafəti imam Rzaya (ə) həvalə etmək istəyini irəli sürdü. Məmunun hədsiz israrından və İmamın da bunu qəbul etməməsindən sonra, vəliəhdlik zorla İmama yükləndi.

Qeyd etmək lazımdır ki, Məmun xilafətin İmama həvalə edilməsi ilə bağlı təklifində ciddi deyildi. Belə ki, İmamın vəliəhdliyi qəbul etmədiyi təqdirdə, Məmun tərəfindən ölümlə hədələnməsi bu iddianın təsdiqlənməsində qənaətbəxş bir dəlil ola bilər. Çünki Məmunun eyni zamanda imam Rzaya (ə) sevgisini zahir etməsi və o həzrəti ölümlə hədələməsi necə düşünülə bilər?! Əgər o, həqiqətən, İmama etiqad bəsləyirdisə, nə üçün İmamı “bayram” namazı qılmaqdan çəkindirdi?!

Hər halda, vəliəhdliyin qəbulluğu barədə Məmunun israrı və əks-təqdirdə, imam Rzanın (ə) ölümlə hədələnməsi o həzrəti elə bir vəziyyətdə qoymuşdu ki, başqa çarəsinin olmadığı anlaşılırdı. Eyni zamanda, İmam (ə) Məmunun öz hədəfinə çatmaması üçün əlindən gələnini əsirgəmədi. Bu məsələ yalnız İmamla (ə) Məmun arasında baş verən iki aylıq müzakirədən sonra gerçəkləşdi.

İmam Rza (ə) dəlil-sübutları ilə Məmuna bildirdi ki, ya özünün və ata-babalarının xilafətə haqlı olmadıqlarını etiraf etməli, ya da İmamdan əl çəkməlidir. Məmun imam Rzanı (ə) vəliəhdliyə məcbur etdiyi zaman İmam ona buyurdu: Əgər bu xilafət sənə aiddirsə, Allah onu sənin üçün qərar vermişdir. Belə olan halda, Allahın sənə geyindirdiyi paltarı çıxarıb başqasına verməyin caiz deyildirƏgər sənə aid deyilsə, yenə də, özünə aid olmayanıbaşqasına bağışlamağın caiz deyildir.” (“Rovzətul-vaizin”, Nişapuri, s.223.)

Hər halda, imam Rza (ə) məcburi şəkildə vəliəhdliyi qəbul etdi. Lakin vəliəhdliyi qəbul etdiyi üçün siyasi istifadələr olunmasın deyə, İmam bütün gücünü səfərbər etdi.

O həzrət vəliəhdliyi bir sıra xüsusi şərtlərlər əsasında qəbul etmişdi ki, əməli olaraq onu siyasi və ictimai məsələlərə müdaxilə etməkdən tamamilə uzaqlaşdırırdı. O həzrət şərtlərini belə açıqladı: “Mən bunu (vəliəhdlik) bu şərtlərlə qəbul edirəm ki, kimsəyə vəzifəverməyəcək və kimsəni vəzifəsindən azad etməyəcəyəm. Heç bir sünnə və adət-ənənənipozmayacaq və vəliəhdlik məqamını yalnız uzaqdan-uzağa daşıyacağam.” (“Üyunu əxbarir Riza (ə)”, c.2, s.148.)

İMAM RZA (Ə) VƏ MƏMUN

Burada Məmunun imam Rza (ə) ilə əlaqəsi haqda iki əsaslı məsələni xatırlamaq yerinə düşərdi:

1. Məmun imam Rzanı (ə) Mərvə gətirdikdən sonra müxtəlif alimlərin iştirakı ilə bir çox elmi yığıncaqlar təşkil edərdi və orada İmamla başqaları arasında bir çox müzakirələr baş verərdi. Bu yığıncaqlarda müzakirə edilən məsələlər, ümumiyyətlə, fiqhi və etiqadi məsələlərdən ibarət idi.

Bu işdə Məmunun məqsədi özünü elmsevər və ona əhəmiyyət verən kimi göstərmək idi. Amma Məmunun belə yığıncaqlar təşkil etməkdə məqsədi başqa idi. O, İmamı müzakirə mühitinə çəkməklə, adi camaatın Əhli-beyt imamları ilə bağlı “Onlar xüsusi elmlərə, o cümlədən, “lədünni” elmə sahibdirlər!” – düşüncəsini aradan qaldırmaq istəyirdi.

Elmi şöhrət imam Rzanı (ə) şəhadətə yetirmək üçün ən önəmli dəlil sayıldı. Əhməd ibn Əli Ənsari deyir ki, Əbu Səltdən: “Məmun imam Rzanın (ə) öldürülməsinə necə razı oldu?” – deyə soruşduqda belə cavab verdi: “...Məmun vəliəhdliyi imam Rzaya (ə) həvalə etməklə, camaata onun dünyaya bağlandığını göstərmək və nəticədə, o həzrəti camaatın gözündən salmaq istəyirdi. Ancaq imam Rzanın (ə) rəftar və hərəkətləri onun Məmundan üstünlüyünü aşkar etdikdə, Məmun imam Rzanın (ə) elmi məqamını zədələmək və camaatın gözündən salmaq üçün bütün müsəlman sxolastiklərini İmamla elmi münazirəyə dəvət etdi. Amma İmamla həmsöhbət olan hər bir yəhudi və məsihi alimi İmama təslim olurdu. Nəticədə, camaat da deyirdi ki, imam Rza (ə) xilafətə Məmundan daha layiqdir. Məmunun casusları da hadisələri ona xəbər verirdilər. Beləcə, Məmun imam Rzanı (ə) zəhərləyərək öldürdü. (“Üyunu əxbarir Riza (ə)”, c.2, s.241.)

2. Məmunla imam Rza (ə) arasındakı əlaqələrə kölgə salan ikinci bir nöqtə də, İmamın “bayram” namazında iştirak etməsi oldu. Məmun, İmamdan (ə) bayram namazını qılmağı istəsə də, İmam vəliəhdliyi qəbul edərkən qarşıya qoyduğu şərtlər əsasında bayram namazını qılmayacağını söylədi. Məmun israr etdikdə, İmam məcbur olaraq qəbul etdi və buyurdu: “Belə isə, Rəsulullah (s) kimi namaza gedəcəyəm!” Məmun da bunu qəbul etdi. Bu arada camaat imam Rzanın (ə) padşahlar kimi bəzi xüsusi ənənələrə tabe olaraq evdən çıxacağını gözləyərkən, bir də gördülər ki, İmam ayaqyalın evdən çıxdı və “təkbir” deyərək yola düşdü. Rəsmi geyimlərlə bu məclisdə iştirak edən əmirlər və dövlət məmurları bunu gördükdə, atlarından düşüb, ayaqqabılarını çıxartdılar, ağlayıb “təkbir” deyərək İmamın arxasınca hərəkət etməyə başladılar. Nəql edirlər ki, Fəzl xəlifə Məmuna dedi: “Əgər imam Rza (ə) bu şəkildə namaz qılınacaq yerə getsə, camaat ona aşiq olar. Yaxşı olar ki, onun geri dönməsini istəyin.” Məmun bir nəfəri göndərərək İmamın geri dönməsini istədi. İmam ayaqqabılarını istədi və geyinib atına minərək geri döndü.” (“Rovzətul-vaizin”, Nişapuri, s.227-228.)

Məmun bu hadisədən daha çox təhlükə hiss edib anladı ki, İmam onun heç bir dərdinə dərman olmadığı kimi, siyasi vəziyyəti tamamilə onun əleyhinə yönəldir. Buna görə də, onun hər bir işini vasvasılıqla araşdırmaq və Məmunun əleyhinə görmək istədiyi hər bir tədbiri ona xəbər vermək üçün gözətçilər təyin edildi və onlar belə fəaliyyətlərdən Məmunu xəbərdar etdilər. (“Üyunu əxbarir Riza (ə)”, c.2, s.153.)

Başqa hallarda da imam Rza (ə) Məmunu gördüyü işlərinə görə tənqid edərdi. Məsələn, Məmun İslam ərazilərini genişləndirmək üçün qeyri-islami dövlətlərlə döyüşərkən o həzrət Məmuna buyurmuşdu: “Nə üçün Mühəmmədin (s) ümməti haqda düşünmür və onları islah etməyə çalışmırsan?”

İMAM RZANIN (Ə) ŞƏHADƏTİ

Qeyd etdiklərimizdən aydın olur ki, Məmun imam Rzanı (ə) Mərvə gətirməklə uğurlu nəticələr əldə edə bilmədi. Hətta vəziyyətin bu minvalla davam etməsi onun üçün aradan qaldıra bilməyəcəyi ehtimali zərərlər belə doğuracaqdı. Xilafəti ələ almaq üçün öz qardaşını öldürməkdən çəkinməyən və özünün xilafət kürsüsünə oturması üçün zəhmətlərə qatlaşan vəzirini göz qırpmadan öldürən Məmun, indi də cani ata-babaları kimi xilafətini qorumaq məqsədilə şiə imamlarından digər birini öldürmək fikrinə düşdü və nəhayət, hiyləyə əl ataraq özünəməxsus siyasi oyunlar tətbiq etməklə imam Rzanı (ə) şəhadətə yetirdi və İmamın (ə) ölümündən kədərli olduğunu bildirdi. Belə ki, üç gün, üç gecə İmamın (ə) qəbrinin üstündən ayrılmadı. Məmun elə ustalıqla öz rolunu ifa etdi ki, hətta bəzi şiə alimləri İmamın (ə) Məmun tərəfindən şəhadətə yetirilmədiyini qəbul etdi. İrbili həmin alimlərdən biridir. Halbuki imam Rza (ə) haqqında ən geniş kitab yazan Şeyx Səduq başda olmaqla, şiə alimlərinin əksəriyyəti bir çox rəvayətlərə istinad edərək imam Rzanın (ə) Məmun tərəfindən şəhadətə yetirildiyini təsdiq etmişlər. (“Müsnədi imam Rza (ə)”, Əzizullah Ətarudi, c.1, s.124-139.)

Rza Şükürlü (Maide.Az)

 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
06:35
08:01
12:51
17:57
00:08
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

18-01-2018 22:11