Elə ki, onlara Allah tərəfindən əllərində olanı (Tövratı) təsdiq edən bir kitab (Quran) gəldi, onlar bundan əvvəl həmişə özlərinin (həmin kitabı gətirəcək peyğəmbər vasitəsi ilə) kafirlər üzərində qələbələrindən xəbər verdikləri halda (bütün bunlara baxmayaraq), bildikləri şey onlara gələn zaman ona küfr etdilər. Odur ki, Allahın lənəti olsun kafirlərə! (Bəqərə, 89)

İmam Əli əleyhis-salam (arzulara ürək bağlamamaq barəsində) buyurmuşdur:
"Varlılıq və zənginliyin ən üstünü arzuları qəlbə buraxmamaqdır. (İnsanı möhtaca çevirən arzudur.)"



ƏVVƏL ÖLÇ, SONRA BİÇ!

Tarih : 01-04-2017 12:03

Həyatda kimə etimad edir və inanırsınız? Hansı şəraitdə və hansı şərtlərlə? Sizcə başqalarının sözünə və iddialarına inanmaq və etimad etmək olar?

Heç vaxt! Çünki söz və əməl arasındakı fasilə çoxdur. Nə çoxdur o kəslər ki, sözlərinin ətri ürəkləri özünə cəzb edir, insanları heyrətə salır, lakin əməlləri murdar leş iyi verir. Buna görə də, heç kimin (zahirdə olan) xoş rəftarına, cazibəli görünüşünə aldanmamalı və kimsəyə imtahansız inanmamalıyıq.

Çünki sınaqsız inam və etimad zəifliyin, gücsüzlüyün nişanəsidir. İmam Əli (ə) vəsiyyətində buyurur:

«الطُّمَأْنِينَةُ إِلَى كُلِّ أَحَدٍ قَبْلَ الِاخْتِبَارِ مِنْ قُصُورِ الْعَقل»

«لَا تَأْمَنْ صَدِيقَكَ حَتَّى تَخْتَبِرَهُ»؛

“Sınaqdan qabaq etimad etmək ağılın naqisliyini görstərir.”

“Heç kəsə sınaqdan keçirməmiş etimad edib arxayın olma.” (“Biharul-ənvar”, Əllamə Məclisi, 103/86; “Təsnifu ğurəril hikəm və durəril kəlim", Əbdülvahid Təmimi, səh.416, hədis 9490-9499.)

Başqalarını yaxşı tanımaq və sınamaq üçün keçmişini yoxlamalı, dost-tanışlarını görməli və tanımalı, həyatda onunla birlikdə olmuş insanlarla maraqlanmalı – məsələn, kiminlə ticarət etmiş, səfərə çıxmış, həmkar olmuşdur və s...

Ədalət, sədaqət, vəfa və imanını yoxlamalı və bundan sonra ona inanıb-inanmamaq barədə düşünməlisən.

Sınaqsız inansanız bilin ki, qaranlıq meşədə bataqlığa düşmüsünüz. Belə bir bataqlığa düşməmək üçün həyatın işlərini elm və yəqinə əsaslanaraq görməlisən. Allahın Rəsulu (s) tövsiyələrinin birində buyurur: “...(Həyatda) yerinə yetirmək istədiyin hər işi elm və ağıla əsaslanaraq yerinə yetir. Məbada, hansısa bir işi məlumatsız, tədbirsiz, ehtiyatsız, bəsirətsiz və sonunu fikirləşmədən yerinə yetirəsən.” (“Biharul-ənvar”, Əllamə Məclisi, 77/110.) Çünki Allah-Taala Qurani-Kərimdə buyurur: “Möhkəm əyirdiyi ipi sonradan qıran (təzədən açıb sökən) qadın kimi olmayın.” (“Nəhl” surəsi, ayə 92)

Yəni əgər öz işlərinizi məlumat, diqqət və düşüncə ilə qurmasanız, onda əsassız və davamsız olacaq, açılıb-töküləcək və peşmançılıq gətirəcəkdir. Amma əməldən öncə fikir və tədbir, insanı əməldən sonrakı peşmançılıqdan qurtarır. (“Əxlaq dər xanevade”, Seyid Əliəkbər Hüseyni, səh.61, məqalə 12.)

Şərhlər

Yazarın digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
06:10
07:35
12:27
17:34
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

23-11-2017 20:44