Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr bir-birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız. ("Bəqərə" surəsi 28)

Həzrət Əli (ə) buyurur:
“Hədsiz zarafat abır-həyanı aradan aparır və düşmənçiliyə səbəb olur.”



ƏHLİ-BEYTİN (Ə) FƏZİLƏTLƏRİ – “NUR” VƏ “BÜYUT” (EVLƏR) AYƏSİ (25)

Tarix : 04-04-2016 14:48

Qurani-Kərimdə Əhli-beyt imamlarının (ə) üstünlüyünə işarə edən, onları İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən, eləcə də, onların vilayət və imamətini dolayısı ilə sübuta yetirən ayələrdən biri “Nur və büyut” adını daşıyan “Nur” surəsinin 36-38-ci ayələridir. Bu ayələrdə belə buyurulur:

فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا عَمِلُوا وَيَزِيدَهُم مِّن فَضْلِهِ وَاللَّهُ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ

“(İlahi nur) Allahın (şeytanların əlindən uzaq olmaq üçün) ucaldılmasına və Öz adının zikr edilməsinə izn verdiyi o evlərdir ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər. O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allah zikrindən, namazdan və zəkatdan yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar ki, Allah onlara yerinə yetirdikləri əməllərin ən gözəl mükafatını versin, onlara olan lütf və mərhəmətini artırsın. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verər!”

Allah-Taala bu surənin 35-ci ayəsində ilahi nuru incə və gözəl ifadələrlə şərh etdikdən sonra sözügedən ayələrdə onun yerini və sahiblərini bəyan edərək buyurur: Bu nur aşağıdakı xüsusiyyətlərə malik olan evlərdədir: bu evlər şeytanların əli çatmayan hündür divarlarla ucaldılmışdır; onu gecə-gündüz, sübh və axşam Allahı yad edən kəslər qoruyub-saxlayırlar; elə kəslər ki, dünyanın maddi ləzzətləri, qızıl-gümüşü onları Allah zikrindən, namazdan və zəkatdan ayırmır; onlar qiyamət, hesab-kitab günündən qorxurlar və bu qorxu ümidlə yanaşıdır; onlar haqq yolda daim çalışırlar və Allah-Taala belə insanlara saysız-hesabsız savab verər.

Bu cümlələrə diqqət yetirdikdə, ilahi evlərin və onların mühafizlərinin necə də əzəmətlə vəsf edildiyinin şahidi oluruq. İndi isə bu ayələrlə əlaqədar nəql olunan rəvayətlərə diqqət yetirək:

Məşhur əhli-sünnə alimi Süyuti “Əd-durrul-mənsur” kitabında Peyğəmbərin (s) iki səhabəsindən – Ənəs ibn Malik və Büreydədən nəql edir ki, Peyğəmbər (s) bu ayəni tilavət edərkən, bir nəfər ayağa qalxıb soruşdu: “Ya Rəsuləllah! Bu ayədəki evlər kimlərindir? Peyğəmbər (s) buyurdu: Peyğəmbərlərin evləridir.” Əbu Bəkr ayağa qalxıb dedi: Bu evlər məlum oldu. Bəs Əli və Fatimənin evi necə? Peyğəmbər (ə) buyurdu: Bəli, bu o evlərin ən üstünüdür!” (“Əd-durrul-mənsur”, c.5, səh.50.)

Bu rəvayətin oxşarını Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Peyğəmbərin (s) başqa səhabəsi Əbu Bərzədən nəql etmişdir. O deyir: “Bir nəfər Peyğəmbərdən (s) soruşdu: Ya Rəsuləllah! Əli və Fatimənin də evi o evlərdən sayılırmı? Peyğəmbər (s) buyurdu: O, evlərin ən fəzilətlisidir!” (“Şəvahidut-tənzil”, c.1, səh.410, hədis 566.)

Hakim Həskani bu rəvayətdən sonra ötən rəvayəti də iki sənədlə Ənəs ibn Malik və Büreydədən nəql etmişdir. (“Şəvahidut-tənzil”, c.1, səh.410, hədis 567-568.)

Diqqəti cəlb edən məsələ budur ki, Əhli-beytin (ə) bütün fəzilətlərinə müdaxilə ilə yanaşan “Ruhul-məani”nin müəllifi bura çatdıqda, birinci rəvayəti Ənəs ibn Malik və Büreydədən nəql edib yazır: “Əgər bu rəvayət səhih və doğru olsa, ayənin təfsirində onu nəzərə almamaq insafsızlıqdır!” (“Ruhul-məani”, c.18, səh.157, bəhs etdiyimiz ayənin təfsirində.)

(Başqa sözlə, ayənin ən gözəl təfsiri budur ki, vəsf olunan evlər peyğəmbərlərin evləridir və onların ən fəzilətlisi Əli və Fatimənin evidir!)

Əhli-sünnənin digər alimləri də bu rəvayəti nəql etmişlər. Şübhəsiz, bu rəvayətlər imam Əli (ə), xanım Fatimə (ə.s) və onların övladları imam Həsən və imam Hüseynə (ə), eləcə də, imam Hüseynin (ə) nəslindən olan Fatimə (ə.s) övladlarına, yəni məsum imamlara da şamil olunur. Çünki bütün imamlar həmin sülaləyə mənsubdur və onların davamçıları sayılır. Bəli, onların evi peyğəmbərlərin evləri ilə bərabər, hətta daha fəzilətli olub, həmişə ilahi nurla işıqlanır və şeytanların əlindən uzaqdır. Şübhəsiz, bu evlərin sakinləri də insanların ən üstünü, ən fəzilətlisidir. Bütün bunlar qeyd etdiyimiz rəvayətlərdən aydın başa düşülürsə, başqalarını onlardan üstün bilmək zülm və cəfa deyilmi?! (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.284-286.)

Rza Şükürlü



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:11
06:31
12:32
18:46
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

26-09-2018 11:33