Ayətullah Xamenei zəlzələ baş vermiş bölgəyə səfər edib - FOTO/YENİLƏNİB2

Ayətullah Xamenei zəlzələ baş vermiş bölgəyə səfər edib - FOTO/YENİLƏNİB2

-- bölgədə zərərcəkənlərlə yaxından görüşüb

Ayətullah Xamenei Kirmanşah şəhərinə gəldikdən sonra zəlzələdən ən çox ziyan görmüş Sərpol Zəhab bölgəsində gedib. 
 
Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, Ayətullah Xamenei Sərpol Zəhab bölgəsində hadisə qurbanlarının ailələri və əhali qarşısında çıxış edib .  “Siz əziz və vəfalı xalqın şəhərinə şad və sevincli gününüzdə gəlməyi çox istərdim.  Bu günki kimi qəmli, müsibətli gündə deyil. Sizin hər birinizin qəmində şərikəm.  Ürəyimiz qəmlə doldu və narahatıq.”
 
Ayətullah Xamenei  Kirmanşah əyalət xalqının Müqəddəs Müdafiə   dövründə fədakarlığı və müqaviməti ilə bağlı danışıb və qeyd edib ki, sizin şəhəriniz və ətraf bölgələr ilk dəfə deyil ki, belə problemlərlə üzləşir. “Siz müharibə dövründə də ağrı və acıların qarşısında müqavimət göstərdiniz, möhkəm, şücaətli və rəşadətli olduğunuzu isbat etidiniz, bu gün bunu təkrarlayırsınız.  Böyük və  cəsur insanlar  hadisələr qarşısında durur və həmin hadisələri öz iradəsi ilə məğlub edir.”
 
Bölgədə meydana gələn zəlzələ nəticəsində 500-ə yaxın insanın həyatını itirməsini böyük bir fəlakət olaraq qiymətləndirən Ali Rəhbər Ayətullah Xamenei  İran xalqının Kirmaşahda baş verən zəlzələdə zərərçəkənlərə özünü borclu hesab edərək öz imkarları ilə geniş miqyasda yardımlar etməsinə görə təşəkkür edib. 
 
Ayətullah Seyyid Əli Xamenei, qeyd edib ki, məsul şəxslər vəzifə borclarını yerinə yetirərək edə biləcəkləri qədər səy göstərib və əgər onların bu səyləri olmasaydı daha böyük problemlərlə üzələcəkdik, lakin bunlar mənə görə yenə kafi deyil və daha çox işlər görülməlidir. 
 
Ayətullah Xameni bildirib ki, inşallah Kirmanşah xalqını daha yaxşı günlər gözləyir. İnşallah bütün bölgənin yenidən inşa edildiyi vaxt Allah bizə buranı yenidən ziyarət etmə fürsəti verər. 
 
***
 
Ali Rəhbər  Ayətullah seyid Əli Xamenei bu gün sübh cağı gözlənilmədən zəlzələ baş vermiş bölgəyə səfər edib.
 
Maide.Az  “Tasnimnews”-a istinadən xəbər verir ki, Ayətullah Xamenei  bölgədə zərərcəkənlərlə yaxından görüşüb, onlara göstərilən yardımlar və zəlzələnin fəsadlarının aradan qaldırılması prosesi ilə yaxından tanış olub.
 
Qeyd edək ki, noyabrın 12-də İranın qərbində Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ baş verib.
 
Zəlzələ nəticəsində  452 nəfər həlak olub,  8 mindən çox insan yaralanıb. 
 
Kirmanşahda baş vermiş zəlzələ nəticəsində  30 mindən çox evə ziyan dəyib. 
 
Xəbər yenilənir ....
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru