Ayətullah Xamenei Sloveniya Prezidentini qəbul edib - FOTO- YENİLƏNİB

Ayətullah Xamenei Sloveniya Prezidentini qəbul edib - FOTO- YENİLƏNİB

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Sloveniya Prezidenti Borut Pahoru qəbul edib. 
 
Maide.Az xəbər verir ki, görüşdə həmçinin Sloveniya prezidenti B.Pahor, İran prezidenti Həsən Ruhani və nazirlər kabinetinin üzvləri iştirak edib. 
 
Qeyd edək ki, Sloveniya Prezidenti Borut Pahor bu gün səhər iranlı həmkarı Həsən Ruhani ilə görüşüb. İki ölkə arasında 3 əməkdaşlıq sazişi imzalanıb. 
 
“20 aydır ki Səudiyyə dövləti Yəmən xalqını bombalayır və ölkənin infrastrukturasını dağıtmaqla məşğuldur. Bu bölgənin ən acı hallarındandır ki, azad dövlətlər bu hadisələrə qarşı reaksiya verməlidir”.
 
Bu sözləri Ali Rəhbər Seyid Əli Xamenei Sloveniya prezidenti Borut Pahoru qəbul edərkən deyib.
 
Bölgədə sabitsizliyi və müharibələri yaradan bəzi hegomon qüvvələrin mənfur faliyyətinə toxunan Ayətullah Xamenei bildirib ki, İran müstəqil ölkələri xalqlara edilən təzyiqlər qarşısında fəal rol oynamağa çağırıb və onlardan istəyib ki, sakit və tamaşaçı kimi qalmasın.
 
Ayətullah Xamenei Asiyanın qərbində zorakı qarşıdurmaların və bölgədə İŞİD kimi terror qrupların yaradılmasında bəzi qüvvələrin əvəzsiz rolu olduğunu önə çəkərək deyib: "Bütün ölkələrin vəzifəsi bu alovu söndürməkdir, İİR də hegemon qüvvələrin istəyinin əksinə olaraq, fəaldır və hədəfi budur, amma digər ölkələrin işlərinə qarışmır.
 
Amerikanın İŞİD-ə qarşı koalisiyasının müvəffəq olmadığını vurğulayan Ali Rəhbər, bu uğursuzluğun səbəbini iki şeydən ibarət olduğunu deyib. O bildirib ki, amerikalılar İŞİD-in kökünü kəsmək üçün plana malik deyillər.
 
Ali Rəhbər çıxışının davamında: "Amerikalılar da İngiltərə kimi Hindistan-Pakistan məsələsində Kəşmirlə etdiyini və iki ölkə arasında indiyə qədər davam edən ixtilafı daha da artırır. Amerika İŞİD-lə bağlı tədbirləri elə görür ki, nəticə olaraq həmin qüvvələr İraq və Suriyada fəaliyyətlərini davam etdirir.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru