`Azərbaycanda bələdiyyələr və icra hakimiyyətləri sahibkarlara mane olurlar`

`Azərbaycanda bələdiyyələr və icra hakimiyyətləri sahibkarlara mane olurlar`

-- Hazırda Azərbaycanda bələdiyyələri müstəqil qurum saymaq mümkün deyil

"Exo" qəzetində isə "Azərbaycanda bələdiyyələr və icra hakimiyyətləri sahibkarlara mane olurlar" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif bu qurumların sahibkarlara maneçilik spektrini ekspert Nəriman Ağayevlə müzakirə edir.
 
Müəllif deyir ki, dövlət başçısı İlham Əliyevin sahibkarların hüquqlarının müdafiəsilə bğlı sərəncamına baxmayaraq, bələdiyyə və icra hakimiyyətləri orta və kiçik biznesin inkişafına mane olurlar.
 
Müəllif deyir ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə Apellyasiya şuralarına 1,7 dəfə az, yəni, 304 şikayət daxil olub.
 
"Hazırda Azərbaycanda bələdiyyələri müstəqil qurum saymaq mümkün deyil, gerçəkdə icra hakimiyyətlərindən asılıdırlar. Ölkə qanunvericiliyi bələdiyyələrin müxtəlif kiçik və orta müəssisələr qurmaq imkanını tanısa da təcrübədə bundan istifadə edilmir. Bundan əlavə, orta və ya kiçik sahibkarlar öz bizneslərini yaratmağa səy edirlərsə, icra hakimiyyəti, elə bələdiyyələr də onlara dəstək olmur, əksinə "təkər altına odun" qoyurlar. Baxmayaraq ki, dövlət başçısı sahibkarların hüquqlarının qorunması ilə bağlı sərəncam verib, bu qurumlar bu sənəddən yan keçməyin yolunu tapıblar". Bu sahədə mövcud durumu qəzetə ekspert N. Ağayev belə dəyərləndirir.
 
Ekspertə görə, bu vəziyyətdən iki çıxış yolu var, ya bələdiyyələri bütünlüklə buraxmaq, ya da onlara geniş hüquqlar verərək iri müəssisələr yaratmalarını stimullaşdırmaq lazımdır.
 
Müəllif deputat Qüdrət Həsənquliyevin də bu günlərdə prezidentin orta və kiçik sahibkarlara dəstək verdiyini, amma bələdiyyələrin onlara maneçilik törətdiklərini vurğuladığını bildirir.
 
Müəllif deyir ki, deputat bələdiyyələrin sahibkarlardan tikinti materialları aldıqlarını amma pullarını ödəmədiklərini bildirib və Ədliyyə Nazirliyinin bunun qarşısını almalı olduğunu söyləyib.
 
Azad İstehlakçllar Birlyinin (AİB) sədri Eyyub Hüseynov isə iddia edir ki, sahibkarlar onlara yaradılan əlverişli şəraitdən sui-istifadəyə yol verirlər.
 
"AİB-ə əhali tərəfindən sahibkarlarla bağlı şikayətlər daxil olur, son vaxtlar onlar "İstehlakçıların hüquqları haqqında" qanunu tez-tez pozurlar, amma bunları yoxlamaq həmişə mümkün olmur. Bu şikayətlər dövlət qurumlarına göndərilir, amma nəticəsi olmur. Bu qapalı dairədir, bir tərəfdən dövlət qurumları sahibkarların hüquqlarını pozur, digər tərəfdən də sahibkarlar istehlakçıların".(contact.az)
 

Google+ WhatsApp ok.ru