Bakıda 37 yaşlı kişi özünü yandırıb

Bakıda 37 yaşlı kişi özünü yandırıb

Bakıda 37 yaşlı kişi özünü yandırıb.
 
Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Bakıxanov qəsəbəsi, Axundov küçəsi 10 ünvanında qeydə alınıb. Qəsəbə sakini, 37 yaşlı Fəzail Nəcəf oğlu Cəbrayılov üzərinə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə alov söndürülüb və o, dərhal xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
 
İntihara cəhdin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru