'Bank sistemində böhran dərinləşə bilər'

'Bank sistemində böhran dərinləşə bilər'

-- Problemli kreditlərin artması Azərbaycanın bank sektorunu kollaps (süst) halına gətirir

«Exo» qəzetində «Problemli kreditlərin artması Azərbaycanın bank sektorunu kollaps (süst) halına gətirir» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda bank sektorunda vəziyyət ekspert Əkrəm Həsənovla müzakirə edilir.
 
«Bu müddət ərazində banklar iqtisadiyyatı kreditləşdirmək kimi əsas funksiyasını yerinə yetirə bilmədi. Odur ki, ölkənin bank sektorunda maliyyə sabitliyi hökumətin birinci dərəcəli məsələsi olmalıdır. 2017-ci ildə demək olar ki, biznes kreditsiz qaldı, istehlak kreditinin payı isə tarixi minimuma endi», - deyə Ə.Həsənov vurğulayıb.
 
Ekspert deyib ki, 2017-ci ildə bu sahədəki nəticələr Mərkəzi Bankın pul siyasətini yaxşılığa doğru aparmamasının əyani göstəricisidir. Onun fikrincə, Maliyyə Bazarlarına Nəzarət Palatası isə (MBNP) öz işinin öhdəsindən gələ bilmir.
 
Ə.Həsənov hesab edir ki, 2017-ci ildə bankların birləşməsi məsələsində ciddi addımlar atılmalıydı:
 
«Bu sirr deyil ki, Azərbaycan bazarındakı bankların əksəriyyəti sağlamlaşdırmaya ehtiyac duyurlar. Odur ki, «ağir xəstə» olan banklar ya daha sağlam banklarla birləşməli, ya da bazarı tərk etməlidir. Amma bu baş vermədi».
 
Ə.Həsənov vurğulayıb ki, problemli kreditlər də bir tərəfdən artmaqdadır:
 
«Bu isə o deməkdir ki, 2018-ci ildə də bank sektorunun problemi çoxalacaq, banklar dərin böhrana daxil olacaqlar...».
 
Ə.Həsənov 2017-ci ildə bu sahədə görülən işlər sırasında manatın sabitləşməsini müsbət hal hesab edir. Amma qeyd edib ki, bu möhkəmlənmə tənzimləyicinin bazara süni müdaxiləsi nəticəsində mümkün olub.
 
Ölkədə problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı bildirilir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru