BMT-dən Şri-Lankada müsəlmanlara qarşı törədilən vəhşiliklər haqqında açıqlama

BMT-dən Şri-Lankada müsəlmanlara qarşı törədilən vəhşiliklər haqqında açıqlama

-- Nümayəndə göndərilir

Birləşmiş Millətlər Təşkilatı (BMT) Şri-Lankada müsəlmanlara qarşı törədilən vəhşiliklərlə bağlı açıqlama yayıb.

 
Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, baş katibin sözçüsü Stefani Guyarriç Şri-Lankadakı hadisələrin BMT-də narahatlıq yaratdığını bildirib.
 
O deyib ki, problemlərin dialoq yolu ilə həll edilməsi üçün Şri-Lanka xalqına da çağırış edib.
 
Duyarriç BMT Baş katibinin Siyasi Məsələlər üzrə köməkçisi Ceffri Feltmanın 2 gün sonra Şri-Lankaya 3 günlük səfərə gedəcəyini də deyib.
 
Xatırladaq ki, işgəncələrə məruz qalan müsəlmanların daha çox yaşadığı Kandi bölgəsində küçəyə çıxmaq qadağası qüvvəyə minib.
 
21,5 milyon əhalisi olan Şri-Lankanın 9 faizini müsəlmanlar, 75 faizini isə buddist sinhalalar təşkil edir.

Google+ WhatsApp ok.ru