BMT TŞ ilk dəfə Myanmaya aid ortaq açıqlamada razılaşdı

BMT TŞ ilk dəfə Myanmaya aid ortaq açıqlamada razılaşdı

BMT Təhlükəsizlik Şurası (BMT TŞ) Myanmadakı arakanlı müsəlmanlara qarşı zorakılıq hadisələrini müzakirə etmək üçün qapalı iclas keçirib.
 
BMT TŞ-yə sentyabr ayı üçün sədrlik edən Efiopiyanın BMT-dəki daimi nümayəndəsi Tekeda Alemu şuradakı iclasdan sonra jurnalistlərə açıqlama verib: "BMT TŞ təhlükəsizlik qüvvələrinin mülki vətəndaşlara qarşı həddindən artıq güc tətbiqindən narahatdır və vətəndaşlara qarşı hücumları pislədi. Şura Arakandakı zorakılıqlara dərhal son verilməsi, gərginliyin azaldılması və mülki vətəndaşların qorunmasına çağırır".
 
Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Metyu Raykroft iclas barədə belə danışıb: “BMT TŞ 9 ildən sonra ilk dəfə Myanma məsələsində ortaq bir açıqlama üzərində razılaşdı”.(deyerler.org) 
 

Google+ WhatsApp ok.ru