BMT: Yəmənin işğalı zamanı ölənlərin sayı 10 min nəfərə çatıb

BMT: Yəmənin işğalı zamanı ölənlərin sayı 10 min nəfərə çatıb

 Ali Səud rejiminin Yəmənə qarşı apardığı işğalçı fəaaliyyəti nəticəsində ölənlərin sayı 10 min nəfərə, yaralıların sayı isə 40 min nəfərə çatıb. 
 
Bu rəqəmlər səhiyyə müəssisələri tərəfindən verilən məlumatlar əsasında müəyyən edilib.
 
Bu barədə bazar ertəsi BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəsi Ceymi Makqoldrik məlumat verib. 
 
BMT-nin bundan əvvəlki açıqlamasında Yəməndə həlak olan sakinlərin sayı 4200 göstərilmişdi ki, onlardan 1400 nəfərinin uşaq olduğu qeyd olunurdu.
 
Bu rəqəmlər səhiyyə müəssisələri tərəfindən təqdim olunan məlumatlar əsasında müəyyən edilib. Həlak olanların real sayı bundan əhəmiyyətli dərəcədə çox ola bilər. (report) /

Google+ WhatsApp ok.ru